Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Moranlı kənd İnzibati Ərazi Dairəsini əhatə edən Sarxanbəyli, Bala Həşimxanlı və Moranlı kəndlərinin sakinləri ilə görüşüb. Səyyar görüş-qəbulda hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri, kənd sakinlər iştirak ediblər.
Qəbulda çıxış edən rayon rəhbəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən və rayon ərazisində aparılan abadlıq -quruculuq işləri haqqında məlumat vermişdir. Ölkəmizdə və o cümlədən rayonda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərilən diqqət və qayğıdan ətraflı danışmışdır.
“Açıq mikrofon” şəraitində keçən səyyar qəbulda vətəndaşlardan Abuzər İsmayılov, Roman Məmmədzadə, Aslan Mirəliyev və başqaları öz müraciət və təkliflərini dilə gətirmişlər.
Müraciətlər arasında işlə təminat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi yardımın göstərilməsi və digər məsələlər üstünlük təşkil etmişdir.
Dinlənilən bu və digər məzmunlu müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, bəziləri isə araşdırılaraq, qanunamüvafiq formada həll edilməsi üçün qeydiyyata götürülüb.
Sakinlər göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.