Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Güdəcahür kəndində sakinlərlə növbəti səyyar görüş-qəbul keçirib
- 19.07.2022, 17:09, Baxış sayı:
- 376
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Güdəcühür kəndində Güdəcühür kənd İnzibati Ərazi dairəsinə daxil olan Axtaçı-Muğan, Qaratuğay və Güdəcühür kənd sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri və ağsaqqallar iştirak ediblər .
Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov səyyar görüş-qəbulda 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan ətraflı danışmışdır. Rayon rəhbəri Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Sabirabad rayonunda da daim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir.
Rayon İcra başçısı qəbula gələn vətəndaşlardan şəhid anası Sona Rəhimova, Fərhad Rəsulov, Şəmsəddin Baxışov və başqalarını fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir. Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.