Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Həşimxanlı kəndində səyyar görüş - qəbul keçirmişdir
- 04.03.2022, 20:05, Baxış sayı:
- 568
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Həşimxanlı kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siqaqəddin Cabbarov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Naqil İsgəndərov, Babaş Babazadə, Emin Nəcəfov və başqaları kəndin mövcud problemlərdən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatın təşkilatları rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.