Bostançılıq və tərəvəzçilik inkişaf etdirilir
- 18.08.2022, 17:01, Baxış sayı:
- 381
Facebook
Вконтакте
Одноклассники
Google+
İnsan sağlamlığının qorunması keyfiyyətli ərzaq məhsullarının təminatından da əhəmiyyətli dərəcədə asılıdır. Respublikamızda əhalinin etibarlı ərzaq məhsulları ilə təminatı istiqamətində görülən işlər ardıcıl xarakter daşıyır. Bu məqsədlə aqrar sahənin inkişafına xüsusi diqqət yetirilir. Belə ki, əkin dövriyyəsinə qatılan torpaq sahələri genişləndirilir, yerli məhsulların istehsalı stimullaşdırılır. Kənd təsərrüfatının xüsusi önəm kəsb edən sahələrindən biri də bostançılıq və tərəvəzçilikdir.
Sabirabad rayonunda kənd təsərrüfatının bu sahəsi diqqət mərkəzindədir. Torpaq mülkiyyətçiləri cari ildə 9 min hektardan artıq sahədə bostan və tərəvəz bitkiləri əkib-becərmişlər. Sahələrdə bol məhsul yetişdirilmişdir. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə indiyədək 146 min tondan artıq qarpız və yemiş, 19823 ton kartof, 13102 ton xiyar, 18490 ton pomidor, 8200 tondan artıq badımcan, 4392 ton soğan, 2566 ton sarımsaq, 1350 ton kələm, 2050 tondan artıq bibər və sair məhsullar yığılmışdır.