• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bostan və tərəvəz məhsulları istehsalı artır

  • 04.08.2022, 17:19, Baxış sayı:
  • 460
Bostan  və tərəvəz  məhsulları istehsalı artır
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Buna görə də cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasında əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Hələ keçən əsrin 90-cı illərinin ortalarında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi məkanında analoqu olmayan torpaq islahatları həyata keçirilmiş, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılmış, bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanmışdır.
“Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” çərçivəsində görülmüş işlər sayəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmışdır. Dövlət dəstəyinin genişləndirilməsi sayəsində ölkəmizdə kənd təsərrüfatının digər sahələri ilə yanaşı, bostançılıq və tərəvəzçilik də ildən-ilə inkişaf etdirilir.
Sabirabad rayonunun torpaq mülkiyyətçiləri cari ildə 9 min hektardan artıq sahədə bostan və tərəvəz məhsulları yetişdirmişlər. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə indiyədək 130 min tondan çox qarpız, 16650 ton yemiş, 1350 ton kələm, 2566 ton sarımsaq, 4391 tondan artıq baş soğan, 19823 ton kartof, 18200 tondan çox pomidor, 7700 tondan artıq badımcan, 592 ton süfrə yerkökü və sair məhsullar yığılmışdır. İstehsal olunan bostan və tərəvəz məhsulları ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter