Barama tədarükü davam edir
- 22.06.2022, 18:22, Baxış sayı:
- 313
Facebook
Вконтакте
Одноклассники
Google+
Ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu sahəyə dövlət dəstəyinin nəticəsidir ki, respublikamızda barama istehsalı ildən-ilə artır.
Respublikamızın digər bölgələrində olduğu kimi, Sabirabad rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, ötən il rayon üzrə 14,2 tondan çox barama istehsal olunub. Cari ildə də kümçülər yüksək məhsul istehsal etmək niyyətindədirlər. Bu məqsədlə baramaçılar 315 qutu ipəkqurduna qulluq göstərmişlər. Hazırda rayonda kümçülərdən yaş barama tədarük olunur. Kümçülər bu gündək 9 tona yaxın barama təhvil vermişlər.
“Muğanın səsi”