• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Pambıq tarlalarında becərmə tədbirləri davam etdirilir

  • 21.07.2022, 11:36, Baxış sayı:
  • 446
Pambıq tarlalarında becərmə tədbirləri davam etdirilir
Ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı yaradılmış şərait, dövlət tərəfindən fermerlərə göstərilən diqqət və qayğının nəticəsidir ki, respublikanın digər pambıqçılıq rayonlarında olduğu kimi, Sabirabadda da pambıq əkinləri və məhsul istehsalı ildən-ilə artır. Rayonda pambığa münasibət xeyli yaxşılaşmışdır. İndi bir sıra fermer təsərrüfatları pambıq əkini sahələrinin məhsuldarlığının, keyfiyyətinin yüksəldilməsi üçün mütərəqqi nə varsa hamısının həyata keçirilməsinə səy göstərirlər.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi bitkiçilik şöbəsindən aldığımız məlumata görə, ötən il rayonun pambıqçıları 9260 hektar sahədən 27375 tondan çox məhsul tədarük etmişlər.
Torpaq mülkiyyətçiləri cari ildə daha yüksək pambıq istehsal etmək əzmindədirlər. 2772 fermerlə bağlanmış müqaviləyə əsasən cari ildə 11709 hektar sahədə pambıq əkini aparılmışdır.
Rayonda əkilən pambığın becərilməsi üçün bütün qüvvələrdən maksimum istifadə edərək fermerlərin daha çox məhsul götürmələri üçün bütün mümkün şərait yaradılmışdır. Hazırda pambıq tarlalarında becərmə tədbirləri davam etdirilir. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərmə qaydalarına ardıcıl və düzgün əməl olunur. Cərglərarası becərmələr, kultivasiya, alaq otlarına, zərərverici və xəstəliklərə qarşı mübarizə, ucvurma və sair tədbirlər vaxtında aparılır. Bitkilər tələbata uyğun, optimal müddətdə gübrə və suvarma suyu ilə təmin edilir.

“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter