Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Azadkənd kəndində səyyar görüş-qəbul keçirib
- 05.07.2022, 16:08, Baxış sayı:
- 383
Facebook
Вконтакте
Одноклассники
Google+
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Sabirabad RİH rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. İcra başçısının və aparatın rəhbər işçilərinin keçirdikləri şifahi qəbullarla yanaşı mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar görüş-qəbullar keçirilir. Hər həftənin ikinci günü keçirilən görüşlərdə rayon icra hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak edirlər.
Bu gün Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Azadkənd kəndində Azadkənd kənd İnzibati Ərazi Dairəsinə daxil olan Azadkənd, Poladtuğay, Xankeçən və Çığırğan kənd sakinləri ilə səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda çıxış edən RİH başçısı Siraqəddin Cabbarov bu cür görüşlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq keçirildiyini sakinlərin diqqətinə çatdırmışdır. Eyni zamanda qəbulun gedişində ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlarımızın rifahının daha da yüksəlməsi naminə atılan addımlar barədə söhbət aparılmışdır.
Qəbulda iştirak edən sakinlərdən Səmid Qardaşxanov, Ağaverdi Əliyev, Mansur Məmmədov bir sıra sosial məsələlərlə bağlı müraciət etmişlər.
Qəbul zamanı səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilmiş, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilərək onların həlli nəzarətə götürülmüşdür.