Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Qaragüney kənd sakinləri ilə səyyar görüş-qəbul keçirib
- 20.04.2022, 10:23, Baxış sayı:
- 446
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Qaragüney kənd sakinləri ilə səyyar görüş-qəbul keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. S.Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.
Görüşdə vətəndaşlardan Arzu Nəsirova, Bəxtiyar Şakirov, Raqif Nurəhmədov və başqaları tərəfindən qaldırılan sosial məsələlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.