• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Qarpız sahələrində məhsul boldur

  • 07.07.2022, 09:42, Baxış sayı:
  • 374
 Qarpız sahələrində məhsul boldur
Barlı-bərəkətli torpağı olan Sabirabad bir çox kənd təsərrüfatı məhsulları ilə yanaşı, yayın əvəzedilməz, sərinləşdirici meyvəsi olan qarpızı ilə də tanınır. Rayonda yetişdirilən qarpızın şan-şöhrəti ölkəmizdən çox-çox uzaqlara da yayılıb. Əbəs yerə deyildir ki, Sabirabad rayonu respublikada “qarpızın vətəni” statusunu qazanmışdır.
Sabirabadda fermerlərin bu sahəyə marağı ilbəil artır. Rayonun Axısxa, Azadkənd, Qaratəpə, Şəhriyar, Cavad, Yolçubəyli, Əhmədabad, Kürkəndi, Quruzma və digər kəndlərinin sakinləri bu işə daha böyük həvəs göstərirlər. Bu ərazilərdə yetişdirilən məhsul yüksək keyfiyyətinə görə seçilir.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorundan verilən məlumata görə, ötən il rayonda 3314 hektar sahədə qarpız əkini aparılıb. Bu sahələrdən 267 sentnerdən çox məhsuldarlıq əldə edilib.
Bu il isə rayonda 3 min hektardan çox sahədə qarpız yetişdirilib. Fermerlər indiyədək 20 min tondan çox qarpız məhsulu götürmüşlər. Ayrı-ayrı fermerlər daha yüksək məhsuldarlığa nail olmuşlar.
Qarpız sahələrində hələ məhsul boldur. Fermerlər məhsul yığımını itkiyə yol vermədən başa çatdırmaq əzmindədirlər. Tədarük olunan məhsul respublikanın hər yerinə göndərilir.

“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter