• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Pambıq bitkisinin zərərvericilərinə qarşı mübarizə tədbirləri” mövzusunda tarla seminarı keçirilib

  • 06.07.2022, 22:47, Baxış sayı:
  • 296
Sabirabad rayonunda “Pambıq bitkisinin zərərvericilərinə qarşı mübarizə tədbirləri” mövzusunda tarla seminarı keçirilib. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin (Zərərsizləşdirmə) rəisi Ceyhun İbrahimov, Bitki mühafizə və Texniki Bitkilər İnstitutunun direktoru Elçin Xəlilov, alimlər, mütəxəssislər və pambıqçı fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov pambıq sahələrindən yüksək və keyfiyyətli məhsul əldə etmək üçün zərərverici və xəstəliklərə qarşı müşahidə və mübarizə tədbirlərinin vaxtında və düzgün aparılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, pambıq bitkisinin müxtəlif inkişaf fazalarında sahələr zərərvericilərlə, xüsusən mənənələr, tütün tripsi, tor (hörümçək) gənəciyi, pambıq sovkası ilə sirayətlənir. Hazırki inkişaf mərhələsində (qönçələmə) pambıq sahələrinə əsasən tor gənəciyi zərərvericisi ziyan vurur. Şəraitdən və ərazinin coğrafi vəziyyətindən asılı olaraq tor gənəciyi il ərzində 15-18 nəsil verir. Havanın kəskin soyuması güclü yağışlarla müşahidə olunduqda gənəciyin miqdarı əhəmiyyətli dərəcədə azalır, 7-10 gündən sonra gənə miqdarca yenidən artmağa başlayır. Pambıqda gənələr yarpaqların alt tərəfində (adətən damar boyunca) və çiçək altlığında toplaşır, çox vaxt yüzlərlə fərddən ibarət koloniyalar əmələ gətirirlər. Zədələnmiş yarpaqların üst tərəfində qırmızı ləkələr əmələ gəlir, ləkələr sonradan birləşirlər. Yarpaqlar qızarır, sonra qonurlaşır və tökülür. Sahədə pambıq bitkiləri tor gənəciyi ilə güclü sirayətləndikdə və ona qarşı müvafiq mübarizə tədbirləri həyata keçirilmədikdə pambıq məhsulunun (mahlıcın) 35-50%-nin itkisi baş verir.
Daha sonra Bitki mühafizə və Texniki bitkilər İnstitutunun direktoru Elçin Xəlilov pambıq əkinlərində zərərvericilərə qarşı tətbiq olunan mübarizə üsulları, o cümlədən inteqrir mübarizə tədbirləri sisteminin üstünlükləri barədə ətraflı məlumat verib.
Pambıqçı fermer Əfras Əsgərov dövlətin pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğısı sayəsində fermerlərin son illərdə bu sahəyə marağının daha da artdığını və bu səpgidə tədbirlərin keçirilməsinin məhsul istehsalının artmasına öz töhfəsini verəcəyini bildirib.
Sonda fermerləri maraqlandırılan suallar cavablandırılıb və maarifləndirici materiallar paylanılıb.
“Pambıq bitkisinin  zərərvericilərinə qarşı mübarizə tədbirləri” mövzusunda tarla seminarı keçirilib
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter