Sabirabadda pambıq yığımı başladı
- 02.09.2021, 07:41, Baxış sayı:
- 597
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Ölkə Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən pambıqçılığın inkişafı üçün dövlətimiz tərəfindən böyük dəstək tədbirləri həyata keçirilir. Bu sahənin inkişafı üçün subsidiyalar verilir, texnika və təsərrüfat suyu ilə təminatı sahəsində əlverişli şərait yaradılır. Dövlət tərəfindən göstərilən dəstək nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir.
Respublikamızda olduğu kimi Sabirabadda da pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malikdir. Prezident İlham Əliyevin pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratmışdır. Rayonda pambıqçılıq sahəsində subsidiyanın tətbiq olunması, fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində görülən tədbirlər yaxşı səmərə verir.
Artıq rayonda kütləvi pambıq yığımı prosesinə başlanılıb. Əvvəlki illərdən fərqli olaraq bu il fermerlər tərəfindən pambıq əkini üçün daha məhsuldar sahələr seçilib. Bu il 9.260 hektar sahədə pambıq əkini həyata keçirilib. İlin əvvəlindən aqrotexniki qaydalara düzgün əməl edilməsi, səpinin vaxtında həyata keçirilməsi, düzgün sortların seçilməsi, gübrə ilə təminatın vaxtında həyata keçirilməsi, suvarmanın təşkili sayəsində yüksək məhsuldarlıq gözlənilir. Bütün bitkilərdə olduğu kimi, pambıqda da məhsuldarlıqda əsas məqamı yığım təşkil edir. Bu mövsümdə yığımın daha çox kombaynlarla həyata keçirilməsi nəzərdə tutulur. Cari ildə pambıq yığımı daha sürətli, daha operativ həyata keçiriləcək və məhsuldarlıq daha yüksək olacaqdır.
“Muğanın səsi”