Tibb işçiləri peşə bayramlarını qeyd etdilər
- 06.07.2022, 22:30, Baxış sayı:
- 356
Facebook
Вконтакте
Одноклассники
Google+
17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Sabirabad rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilmişdir.
Əvvəlcə rayonun səhiyyə işçiləri Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir Mərkəzi Rayon Xəstəxanasında davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək şərəfli işlərində uğurlar arzulayıb. Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa edilərək müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.
Daha sonra çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Ceyran Xəlilova tibb işçilərini təbrik etmiş və dünyanı bürümüş koronavirus COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan həkimlərinin, o cümlədən rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrində çalışan tibb işçilərinin fədakarlıqlarını xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Ənvər Lümanov və digərləri səhiyyə işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda bir qrup səhiyyə işçisi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunub.