Sabirabadda akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə bağlı konfrans keçirilib
- 28.04.2022, 14:27, Baxış sayı:
- 498
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad Rayon İcra Hakimiyyətinin və “Sabirabad rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə görkəmli oftalmoloq həkim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə əlaqədar konfrans təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov bildirib ki, Zərifə xanım Əliyeva tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb.
Daha sonra “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Ənvər Lümanov “Akademik Zərifə Əliyeva milli oftalmologiyanın banisidir” mövzusunda məruzə ilə çıxış edib.
Digər konfrans iştirakçıları da görkəmli akademikin oftalmologiya elminin inkişafındakı rolundan bəhs ediblər.
Tədbirdə Zərifə xanımın mahir elmi tədqiqatçı, Ulu Öndər Heydər Əliyevin ömür gün yoldaşı, sadiq dost, əsl insanlıq nümunəsi olması xüsusi vurğulanıb.