Zəngənə kəndində tibb məntəqəsinin açılışı olub
- 18.07.2021, 18:57, Baxış sayı:
- 561
Facebook
Вконтакте
Одноклассники
Google+
İyulun 14-də Sabirabad rayonunun Zəngənə kəndində tibb məntəqəsi üçün yeni inşa edilən binanın açılışı olub.
Tibb məntəqəsinin tikintisi layihəsi USAİD və Azərbaycan hökuməti tərəfindən birgə maliyələşdirilən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA), habelə yerli icma üzvlərinin töhfəsi ilə yerinə yetirilmişdir. Layihə Zəngənədə 600 ailə olmaqla 3 min nəfərədək əhalinin səhiyyə şəraitini yaxşılaşdıracaqdır.
Açılış mərasimində Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, ABŞ səfirliyinin tibb xidmətinin əməkdaşı Arturo Villafuerte, SEDA-nın regional direktoru Əhməd Məmmədzadə və başqaları çıxış edərək yeni tibb məntəqəsinin açılışı münasibətilə sakinləri təbrik etmiş, burada çalışacaq tibb işçilərinə uğurlar arzulamışlar.
“Muğanın səsi”