• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad Rayon İcra Hakimiyyətində görüş keçirilib

  • 05.07.2022, 10:58, Baxış sayı:
  • 309
Sabirabad Rayon İcra Hakimiyyətində görüş keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətində görüş keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətində görüş keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətində görüş keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətində görüş keçirilib
İyulun 4-də rayon icra hakimiyyətinin akt zalında yaradıcılıqda fərqlənən müəllim və şagirdlərlə görüş keçirilmişdir. Görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində Sabirabad şəhər 4 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Ləman Əsgərova uğur qazanmışdır. Eyni zamanda “Şuşa ili” çərçivəsində keçirilən muğam festivalında Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq Musiqi məktəbinin şagirdi Əli Ağazadə I dərəcəli diplomla təltif olunmuşdur.
Rayon rəhbəri qalibləri və onların müəllimlərini təbrik etmiş, ən xoş arzularını çatdırmişdir.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev də şagirdləri təbrik edərək onlara uğurlar arzulamışlar.
Sonda rayon rəhbəri uğur qazanan şagirdlərə, onların müəllimləri Aynur Salayevaya və Səməd Səmədova Sabirabad Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanlarını təqdim etmişdir.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter