• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

2022-ci ildə ev təsərrüfatları uçota alınacaq

  • 16.12.2021, 10:25, Baxış sayı:
  • 369
2022-ci ildə ev təsərrüfatları uçota alınacaq
Sabirabad rayonunda bu işin mütəşəkkil keçirilməsilə bağlı tədbir təşkil edilib
[/b]Heydər Əliyev Mərkəzində 2022-ci ildə həyata keçiriləcək şəhər və kəndlərin ev təsərrüfatlarının uçota alınması tədbirinə hazırlıq məqsədilə maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə rəhbərləri, şəhər, kənd icra nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açıb.
Rayon İcra Hakimiyyəti başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Mirzəliyev rayonda ev təsərrüfatlarının uçota alınması ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının sərəncamını oxuyub.
Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Sübhan Xəlilovun, rayon Statistika İdarəsinin rəisi Fuad Məmmədovun, 63 saylı Sabirabad birinci Seçki Dairəsi dairə seçki komissiyasının sədri Məstalı Nuriyevin, rayon Polis Şöbəsi rəisinin müavini Aqşin Tağıyevin məlumatları dinlənilib.
Tədbirdə ev təsərrüfatının uçotunun aparılması ilə bağlı tətbiq ediləcək yeniliklər, siyahıyaalma və sorğu vərəqələrindəki bəndlərin doldurulması qaydaları haqqında iştirakçılara ətraflı məlumat verilib.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin məsul işçisi Faiq Hüseynova anadan olmasının 50 illik yubileyi və əmək fəaliyyətinin 25 illiyi münasibətilə ona Fəxri fərman təqdim edilib.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter