30 il ərzində Ermənistanın işğalı altında qalmış regionda bütün sosial, iqtisadi və ictimai infrastruktur tamamilə məhv edilmişdi. Həmin ərazidə bir vaxtlar mövcud olan sənaye obyektləri darmadağın edilmiş, nəqliyyat-kommunikasiya xətləri yararsız vəziyyətə salınmışdır. Bu illər ərzində erməni istilaçıları tərəfindən Azərbaycanın əzəli torpaqlarında qədim tarixi abidələri ilə məşhur olan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocalı tamamilə yerlə-yeksan edilmiş, digər şəhərlər və qəsəbələr viran qoyulmuşdur. Bununla yanaşı, həmin ərazilərdə altmış min hektara yaxın meşə ərazisi məhv edilmiş və Azərbaycana qarşı ekosid həyata keçirilmişdir. Qarabağda bərpa və yenidənqurma işləri regiona yeni nəfəs gətirəcək.
2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra qarşıda duran əsas məsələ Qarabağın yenidən qurulması və bərpası idi. Çünki 30 il ərzində Ermənistanın işğalı altında qalmış regionda bütün sosial, iqtisadi və ictimai infrastruktur tamamilə məhv edilmişdi. Həmin ərazidə bir vaxtlar mövcud olan sənaye obyektləri darmadağın edilmiş, nəqliyyat-kommunikasiya xətləri yararsız vəziyyətə salınmışdır. Bu illər ərzində erməni istilaçıları tərəfindən Azərbaycanın əzəli torpaqlarında qədim tarixi abidələri ilə məşhur olan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocalı tamamilə yerlə-yeksan edilmiş, digər şəhərlər və qəsəbələr viran qoyulmuşdur. Bununla yanaşı, həmin ərazilərdə altmış min hektara yaxın meşə ərazisi məhv edilmiş və Azərbaycana qarşı ekosid həyata keçirilmişdir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz və işğal siyasətinin tərkib hissəsi kimi, ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi vandalizm siyasəti yürüdüb. Rəsmi məlumata görə, işğal altındakı Azərbaycan torpaqların¬dakı tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67 məscid, 144 məbəd, 192 ziyarətgahdır. Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Məhz bu səviyyədə və həcmdə dağıntıların olması Azərbaycan hökuməti tərəfindən Qarabağın yenidən dirçəldilməsi prioritet kimi müəyyən edildi. Ən yüksək səviyyədə yenidənqurma və bərpa işlərinin aparılması dəstəkləndi.
Prezident İlham Əliyevin dediyi kimi, biz işğaldan azad olunmuş ərazilərə “Böyük qayıdış” astanasındayıq. Bu şərəfli missiya dövlət başçımızın 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb və bu məsələnin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişa¬fına dair beş milli prioritetdən biri kimi müəyyən edilməsi Azərbaycan dövlətinin bu işə nə dərəcədə böyük önəm verdiyinin bariz nümunəsidir.
Mənfur işğalçılar tərəfindən cənnət Qarabağın məqsədli şəkildə xarabalığa çevrilməsini, vandalizmə məruz qalmasını, dini-tarixi abidələrimizin təhqir olunaraq dağıdılmasını bütün dünya gördü. Qarabağ ərazisində Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin, KİV və QHT nümayəndələrinin, siyasi partiya təmsilçilərinin müntəzəm səfərlərinin əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına böyük təsiri oldu. Həmin yerlərdə dağıntıların maddi və mənəvi zərərinin dəyəri nə qədər böyükdürsə, görüləcək quruculuq və abadlıq işlərinin həcmi də bir o qədər genişdir. Prezident İlham Əliyevin bu məsələyə həssaslıqla yanaşması hər bir rayonda və kənddə qayıdış proqramının icrası zamanı xüsusi diqqət tələb edir.
Qarabağ bölgəsində yenidənqurma və bərpa işlərinə xüsusi diqqətin yetirilməsi tariximizə və mənəvi varlığımıza dərin bağlılığın göstəricisidir, vətənpərvərlik nümunəsidir. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizdə böyük infrastruktur dəyişiklikləri həyata keçiriləcək. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fonduna xas olan zövqlə Molla Pənah Vaqifin məqbərəsinin bərpa olunması isə dünyanın ən möhtəşəm tarixi muzey-məqbərə komplekslərindən birinin məhz Azərbaycanda yaradılmasından xəbər verir.
Azərbaycan müasir şəhərsalma mexanizmlərini tətbiq etməklə və “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji və sıfır emissiya zonası” əsasında şəhərlərin yenidən qurulmasına başlayıb və artıq nəzərəçarpacaq nəticələr əldə edib. Buraya ən qabaqcıl texnologiyalar vasitəsilə əsas xidmətlərin göstərilməsi, yeni avtomobil yollarının, tunellərin, dəmir yollarının və üç yeni beynəlxalq hava limanının tikintisi daxildir.
Vəli Rəhimov,
Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini