• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Azərbaycan 2030:sosial-siyasi inkişafa dair Milli Prioritetlər” Regionun yeni siyasi-iqtisadi reallığını yaradacaq

  • 08.02.2021, 06:24, Baxış sayı:
  • 569
“Azərbaycan 2030:sosial-siyasi inkişafa dair Milli Prioritetlər”  Regionun yeni siyasi-iqtisadi reallığını yaradacaq
Artıq müharibənin bitməsindən iki aya yaxın vaxt keçir. Bu müddət ərzində Azərbaycanın həyata keçirdiyi məqsədyönlü siyasəti nəticəsində regionda yeni geosiyasi reallıq yaranmışdır. Öncə bölgədə Rusiya və Türkiyə kimi qüdrətli dövlətlərin iştirakı ilə yeni əməkdaşlıq platforması yaranmışdır. Bundan öncə Azərbaycanın İran və Rusiya, Rusiya və Türkiyə, Türkiyə və Gürcüstan, İran-Türkiyə ikilik, üçlük formatında əməkdaşlıq təcrübəsi uğurla həyata keçirilmişdi. Bu gün isə bu format Ermənistan rəhbərliyi tərəfindən regionda yaranmış siyasi vəziyyətin düzgün qiymətləndiriləcəyi təqdirdə 5+1 kontekstində həyata keçirilə bilər. Bu, eyni zamanda, erməni xalqının siyasi düşüncə tərzindən də asılıdır. Qələbənin əldə edilməsi ilə regionda və beynəlxalq müstəvidə Azərbaycanın siyasi nüfuzu artmışdır.
“Milli Prioritetlər” adlı proqramın təsdiq olunması dövlətin idarə olunmasında strateji planlaşmanın təcəssümüdür. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir. Dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. Sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. Vətən Müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlandı. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Əldə olunmuş Qələbə nəticəsində regionun yeni siyasi və iqtisadi mənzərəsi formalaşıb. Münaqişənin həlli eyni zamanda, regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji faktordur. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu möhkəmləndirəcəkdir. Əldə olunan Qələbə iqtisadiyyatda yeni inkişaf perspektivləri müəyyən edib. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin səyi nəticəsində son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin ediəcək, bu region ölkənin ən abad guşələrindən birinə çevriləcəkdir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuq əldə ediləcək, əhalimizin Böyük Qayıdışı çərçivəsində növbəti məqsədlərə nail olunacaqdır.
Azad olunmuş torpaqlar¬da sosial-iqtisadi inkişaf, abadlıq və quru¬culuq işlərinin yüksək səviyyədə icrasına başlanılıb. Füzuli rayonundan Şuşaya yeni avtomobil yolunun çəkilişi artıq başlanıb. Yevlax – Bərdə – Xankəndi dəmiryolu xəttinin çəkilməsi layihələndirilib. Tezliklə, Horadizdən Ermənistan sərhədinədək dəmir yolu xəttinin çəkilməsi də icra olunacaq. Şuşanın su və elektrik təchizatı yenidən qurulmuşdur. Suqovuşana yeni avtomobil yolunun çəkilişi artıq tamam¬lanıb, elektrik stansiyalarının yenidən qurulması işinə başlanılıb. Yaxın müddətdə Naxçıvandan Zəngilana gedəcək avtomobil yolu¬nun inşasına başlanılması gözlənilir. Azərbaycanın cənub sərhədləri tam bərpa olunmuş və müvafiq sərhəd mühafizə infrastrukturu yaradılıb. Ağdam rayonunda 700 hektar ərazi minalardan təmizlənərək, taxıl əkininə başlanılıb. Bu il Şuşada “Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin keçirilməsi nəzərdə tutulub. İlin sonuna kimi Füzuli Beynəlxalq Hava Lima¬nının fəaliyyətə başlaması qərara alınıb. Ümumilikdə isə 2021-ci ildə Qara¬bağda infrastruktur layihələrin icrası və yenidənqurma işlərinin aparılması üçün Azərbaycanın dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdır. Görülən işlərin intensivliyini nəzərə alaraq, 2021-ci ilin sonuna kimi bu faktların və görüləcək işlərin ikiqat arta¬cağını indidən proqnozlaşdırmaq olar. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təminatçısı olacaqdır.

Mirtale Ağazadə,
Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter