• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər

  • 17.02.2021, 16:06, Baxış sayı:
  • 438
Sosial-iqtisadi inkişafa dair  Milli Prioritetlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial–iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Təsdiq edilən çox mühüm əhəmiyyətə malik bu sənəd qarşıdakı 10 ildə-2030-cu ilə qədər olan mərhələdə ölkənin dayanıqlı və sürətli sosial-iqtisadi inkişafının təmin edilməsinə, müstəqilliyinin möhkəmləndirilməsinə, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş əsas hədəfləri müəyyənləşdirir.
Müstəqilliyimizin bərpasından keçən 30 illik bir müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlar, son 17 ildə ölkənin sosial-iqtisadi və siyası həyatında əldə edilən naliyyətlər, beynəlxalq nüfuzun artması, şərqlə-qərb, şimalla-cənub arasında mühüm nəqliyyat və logistik mərkəzə çevrilməsi, Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və bu resursların nəqli üçün yaradılmış infrastruktur, Bakı şəhərinin dünyanın qlobal təşəbbüslərinin müzakirə mərkəzinə çevrilməsi və nəhayət ötən ilin sonunda 44 günlük müharibədə əldə edilmiş Zəfər nəticəsində azad edilmiş ərazilərin iqtisadiyyatımıza reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin yaranması imkanları deməyə əsas verir ki, qarşıdakı 10 ildə müəyyənləşdirilmiş prioritetlər və hədəflər uğurlu reallaşdırılacaqdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır.
Sözsüz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda addımlayan qüdrətli Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar hər birimiz tərəfindən böyük iftixarla qarşılanır, təqdir edilir. Ölkə başçısının xalqın güzəranının, sosial-rifah halının artırılmasına xidmət edən məqsədyönlü siyasətinin davamı olan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqram da məhz vətəndaşların sosial rifahını, uzunömürlülüyünü, sağlam həyat tərzini, təhsilini, təmiz ekoloji mühitinin təmin edilməsinə böyük töhfələr verəcək. Bu da Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğundan xəbər verir.
Bir sözlə, qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.
Göründüyü kimi, dövrün, zamanın tələbi əsasında təsdiqlənən Dövlət proqramlarının, İnkişaf strategiyalarının icrasının uğurlu sonluqla başa çatması digər sənədin qəbulunu zərurətə çevirir. Bu, bir daha onu göstərir ki, dövlətimizin başçısı İlham Əliyevin qarşıya qoyduğu məqsədə uyğun olaraq Azərbaycanın əldə etdiyi uğurlarla kifayətlənmir, daim irəliyə baxır.

Nazim CƏFƏROV
Qalağayın kənd həkim
məntəqəsinin müdiri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter