Sabirabadda barama tədarükünə başlanıb
- 08.06.2021, 07:14, Baxış sayı:
- 492
Facebook
Вконтакте
Одноклассники
Google+
Ölkəmizdə ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Son illər Sabirabad rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 158 min ədəd tut tingi əkilib ki, onun da 35 min ədəddən çoxu Çin Xalq Respublikasından gətirilib. Mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması baramaçılığın inkişafına marağı artırıb. . Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin şöbə müdiri Məhəmməd Məmmədovdan aldığımız məlumata görə, ötən il rayon üzrə 10 ton 276 kiloqram barama tədarük olunub. Cari ildə isə 16 ton barama istehsalı proqnozlaşdırılır. Bu məqsədlə rayon üzrə kümçülərə 400 qutu ipəkqurdu verilib. Artıq rayonda yaş barama tədarükünə başlanılıb. Qəbul məntəqəsində baramanın qəbulu üçün lazimi şərait yaradılıb. Mövsümün ilk günlərində kümçülərin yetişdirdikləri 6 tondan çox məhsul təhvil verilib.
“Muğanın səsi”