Kümçülər 12,4 tondan çox barama təhvil veriblər
- 14.06.2021, 17:15, Baxış sayı:
- 384
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad rayonunda yaş barama tədarükü davam edir. Verilən məlumata görə, bu günədək kümçülər tərəfindən 12,4 tondan çox yaş barama təhvil verilib.
Peşəkar kümçülərdən olan Güdəcühür kəndindən Davud Xəlilov iki qutudan 134,5 kiloqram, Bulaqlı kəndindən Elşad Muhiddinov iki qutudan 113 kiloqram, Qaratəpə kəndindən Abdul Sərdalov bir qutudan 72,5 kiloqram yaş barama əldə edərək bol məhsuldarlığa nail olmuşlar.
Xatırladaq ki, ötən il rayon üzrə 10 ton 276 kiloqram barama tədarük olunub. Bu ilki hədəf isə 16 tondur. Bu məqsədlə rayon üzrə 400 qutu barama qurdu kümçülərə paylanmışdı.
“Muğanın səsi”