14 tona yaxın barama tədarük edilmişdir
- 23.06.2021, 22:05, Baxış sayı:
- 446
Facebook
Вконтакте
Одноклассники
Google+
Ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu sahəyə dövlət dəstəyinin nəticəsidir ki, respublikamızda barama istehsalı ildən-ilə artır.
Respublikamızın digər bölgələrində olduğu kimi, Sabirabad rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, ötən il rayon üzrə 10 ton 276 kiloqram barama tədarük olunub. Cari ildə isə 16 ton barama istehsalı proqnozlaşdırılır. Kümçülər bugünədək 14 tona yaxın barama təhvil vermişlər
“Muğanın səsi”