“Müqəddəs savaş”
- 07.06.2022, 16:01, Baxış sayı:
- 1737
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Rahil Məmmədin görkəmli yazıçı-dramaturq Firuz Mustafanın redaktorıiğu ilə “Müqəddəs savaş” adlı kitabı işıq üzü görmüşdür. 360 səhifədən ibarət olan kitabda müəllifin yurdumuzun müxtəlif bölgələrindən, eyni zamanda Sabirabaddan olan şəhidlərimiz, qazi və Vətən müharibəsi veteranlarımız haqqında bədii-publisistik üslubda qələmə alınmış yazıları və vətənpərvərlik mövzusunda şeirləri toplanmışdır.
Kitabın girişində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Şuşaya səfərləri zamanı etdiyi çıxışlardan sitatlar verilmişdir.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Baş direktorunun müşaviri, filologiya elmləri doktoru Əlizadə Əsgərli kitaba ön söz yazmışdır.
Oxuculara təqdim edilən bu kitab şəhidlərimizin müqəddəs xatirələrinin unudulmamasına, qazi və müharibə veteranlarımıza hörmət və məhəbbətin gücləndirilməsinə xidmət edir.
Qeyd etmək lazımdır ki, şair Rahil Məmməd (Rahil Gülağa oğlu Məmmədov) 1951-ci il oktyabrın 23-də Sabirabadın Cəngən kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib.
Qırx ildən artıq müəllimlik fəaliyyəti ilə məşğul olan Rahil Məmməd 1980-ci illərdən bədii yazılarla respublika mətbuatında çıxış etmişdir. Şeirləri “Azərbaycan”, “Ulduz”, “Kirpi”və sair jurnallarda, qəzetlərdə, habelə Sabirabad rayon mətbuatında, həmçinin Türkiyə dərgilərində çap olunmuşdur.
Müəllifin indiyədək “Onun tanımadığı tanışlar” (2014) romanı, “Qoruyaq dünyanı” (2007), “Yarpaq sevgisi” (2010), “Vətən oğlu” (2016), “Gəl, süzül qəlbimə” (2016) adlı şeir və poemalardan ibarət kitabları işıq üzü görmüşdür..
“Muğanın səsi”
Maqazin
- Son əlavə olunanlar
- Ən çox oxunanlar