• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Həmyerlimiz: Yazıçı, publisist

  • 02.01.2021, 14:07, Baxış sayı:
  • 532
Həmyerlimiz: Yazıçı, publisist
Məmmədov Azər Həsənağa oğlu (Azər Qismət) Yazıçı, publisist,
televiziya aparıcısı. 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü

Azər Məmmədov 1972-ci il oktyabrın 9-da Sabirabad rayonunda anadan olmuşdur. Burada 5 saylı orta məktəbi bitirdikdən sonra Sabirabad rayonunda Təsərrüfatlararası Tikinti İdarəsində fəhləlik etmişdir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini telejurnalistika ixtisası üzrə bitirib. Universitet illərində BMTİ teleşirkətində çalışıb, “Telebenefis” və Xəbərlər verilişlərinin aparıcısı olub. Tələbə ikən Azərbaycanda ilk dəfə Azərbaycan dilli “Şən və Hazırcavablar Klubu”nun təsisçilərindən biri kimi tanınıb. UŞU (Universitetin Şən Uşaqları) komandasının ssenari müəllifi kimi fəaliyyət göstərib. Parodiyalar üzrə diplomları var. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirib. “168 saat” qəzeti redaksiyasında redaktor, "Bizim əsr" qəzetində müxbir işləyib.
Azər Qismət uşaq yaşlarından bədii yaradıcılığa həvəs göstərmişdir. İlk mətbu yazısı 1981-ci ildə “Azərbaycan pioneri“ qəzetində çıxmışdır. Bundan sonra dövri mətbuatda və almanaxlarda hekayə, novella və məqalələrlə çıxış etmişdir.
“Duman” hekayə və novellalar, “Çuğullar” və Sankt-Peterburqda rus dilində dərc edilmiş “Mən məşuqam” romanlarının müəllifidir. Ədəbiyyat üzrə Prezident təqaüdçüsüdür. 2016-cı ildə Azərbaycanda keçirilən hekayə yarışmasına qatılıb, münsiflər heyətinin yekdil qərarına əsasən 400 nəfər arasından 1-ci yerə layiq görülüb. “Hamilə dəli” hekayəsi MDB ölkələri üzrə keçirilən “Sodrujestva” ədəbiyyat müsabiqəsində 2-ci yeri tutub. Hekayə, novella və publisistik məqalələri Yaponiya, İran, Rusiya, Qazaxıstan, Ukrayna, Polşa, Çexiya və Macarıstanın ədəbi portallarında dərc edilib.
Xidmətlərinə görə "İlin debütant yazarı" diplomuna və bir sıra Fəxri fərmanlara layiq görülmüşdür.
ANS-media və yayım şirkətində “Xəbərçi” və “İç xəbər “ verilişlərinin aparıcısı olub. Hazırda AzTV-nin Ədəbi-dram üzrə baş redaktorudur.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter