• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

"Bir ocaq başında. Aran ədəbi toplusu” adlı kitabın təqdimat mərasimi keçirilib

  • 26.10.2021, 15:07, Baxış sayı:
  • 348
"Bir ocaq başında.  Aran ədəbi toplusu” adlı kitabın təqdimat mərasimi keçirilib
26 oktyabr 2021-ci il tarixində Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri, “Ədəbiyyat” qəzetinin şöbə müdiri Sərvaz Hüseynoğlunun müəllifi olduğu “Bir ocaq başında. Aran ədəbi toplusu” adlı kitabın təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə gənc nəslin bədii-estetik zövqünün formalaşmasında Aran ədəbi mühitinin əhəmiyyətli rolu olduğunu vurğulamış və kitabın nəşr olunmasından dolayı müəllifi təbrik etmiş, ona yaradıcılıq uğurları arzulamışdır.
Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin Aran bolməsinin üzvləri - şair Qənbər Əhməd, tərcüməçi Şahsuvar Əmrahov, yazıçı-publisist Rəqibə Qəvvas öz növbələrində çıxış edərək, kitabda yer alan ədəbi nümunələrdən söhbət açmış, kitab haqqında öz təəssüratlarını bölüşmüşlər.
Daha sonra “Bir ocaq başında. Aran ədəbi toplusu”nun müəllifi Sərvaz Hüseynoğlu çıxış edərək, tədbirin təşkil olunmasından dolayı öz minnətdarlığını bildirmişdir.
Sonda Sabirabad rayon Şıxsalahlı kənd kitabxana filialının əməkdaşı Nübar Eldarqızının “Letargiya yuxusu” adlı kitabı da iştirakçılara təqdim olunmuşdur.
Sabirabad Regional Mədəniyyət İdarəsi
"Bir ocaq başında.  Aran ədəbi toplusu” adlı kitabın təqdimat mərasimi keçirilib
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter