• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

UNUDULMUŞ və SAHİBSİZ idman stadionu

  • 16.12.2021, 11:02, Baxış sayı:
  • 1125
UNUDULMUŞ və SAHİBSİZ idman stadionu
UNUDULMUŞ və SAHİBSİZ idman stadionu
İstirahət saatlarını səmərəli keçirmək hər bir vətəndaşın hüququdur. Mədəni istirahət mərkəzlərindən biri də idman stadionlarıdır. Xüsusən də futbol meydançaları. İdman yarışlarına tamaşa etmək, ondan zövq almaq insana ruh verir.
Respublikamızın ərazi cəhətdən ən iri bölgələrdən olan rayonumuz vaxtilə bütün sahələr üzrə qabaqcıl yerlərdən birini tuturdu.
Yadımdadır, hələ orta məktəbdə oxuyanda futbol yarışlarına tamaşa etmək üçün stadiona gedirdik. Sabirabadın “İnşaatçı” futbol klubunun oyunçularının bütün yarışlarını izləyərdik. Futbolçularımız yaxçı oyunları ilə ölkəmizdə ad çıxarmışdılar. Stadionda o qədər tamaşaçı olurdu ki, oturmağa yer tapmırdıq. Həvəslə yarışlara tamaşa edərdik. İndi isə keçən günləri xatırlamaqdan başqa əlimizdən heç nə gəlmir.
Bu günlərdə televizorda “Qəbələ” və “Sumqayıt” komandalarının futbol oynuna baxırdıq. Mən də idmançılara qibtə ilə tamaşa edirdim. Öz-özümə fikirləşirdim ki, bəs bizim rayomuzda niyə belə komandalar yoxdu, niyə idman yarışları keçirilmir?
Oyun qurtarandan sonra mərkəzi stadiona getdim. Məqsədim stadionun hazırkı vəziyyəti ilə tanış olmaq idi. Getməyimə də peşman oldum. Stadion dörd bir tərəfdən zibiliklərlə əhatə olunmuşdu. Üfunət iyindən dayanmaq olmurdu. Özümü birtəhər stadiona çatdırdım. Qapısının ağzında yekə bir it “oturmuşdu”. İçəri keçə bilmədiyimdən kənardan stadionun vəziyyəti ilə tanış oldum. İçəridə ot “dizə” çıxırdı. Orda olan oturacaqlar isə (əgər onlara oturacaq demək olarsa) yox dərəcəsində idi. Təəssüf hissi ilə geri qayıtdım.
Məgər bu böyüklüyündə stadionu qaydaya salıb idman yarışları təşkil etmək o qədər çətindir?!
Aidiyyəti təşkilatlar unudulmuş və sahibsiz qalan bu stadion barədə yəqin ki, bir əncam çəkərlər.

Əhməd MUSAYEV,
Sabirabad şəhəri,
təqaüdçü müəllim
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter