• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şəhidlərin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

  • 21.04.2022, 00:16, Baxış sayı:
  • 304
Şəhidlərin xatirəsinə həsr olunmuş  şahmat turniri keçirilib
Sabirabad şəhər Uşaq gənclər idman və şahmat məktəbində Sabirabad Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri Bəxtiyar Mayılov və Firavan Əsgərovun əziz xatirəsinə həsr olunmuş şahmat turniri keçirilmişdir.
Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimi açıq elan edən rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev, şəhidlərimizin xatirəsini yaşatmaq və onları gələcək nəsillərə təbliğ etmək hər birimizin işi olduğunu qeyd etmişdir.
Sonra Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov Vətən Müharibəsində qazandığımız qələbədən, əsgərlərimizin şücaətindən danışıb. O bildirib ki, bu tədbirin də əsas məqsədi şəhidlərimizin əziz xatirəsini uca tutmaqdır.
Daha sonra şəhid Bəxtiyar Mayılovun atası İxtiyar Mayılov, şəhid Firavan Əsgərovun atası Xanbala Əsgərov çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlıq­larını bildirərək turnir iş­tirakçılarına uğurlar arzulayıblar.
Şahmat turnirinin qalibləri və fəal iştirakçıları medal və diplomlarla təltif ediliblər.
Turnirin sonunda şəhid ataları İxtiyar Mayılov və Xanbala Əsgərova turnirin xatirə lövhəsi təqdim olunub.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter