• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad rayonunda “Möhtəşəm Qələbəmiz Tariximizin Zəfər səlnaməsidir”adlı tədbir keçirilib.

  • 03.11.2021, 18:22, Baxış sayı:
  • 395
Sabirabad rayonunda “Möhtəşəm Qələbəmiz Tariximizin Zəfər səlnaməsidir”adlı tədbir keçirilib.
Bu gün Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü! Ermənistan ağ bayraq qaldıraraq, Azərbaycanın şərtləri əsasında tərtib olunmuş kapitulyasiya aktını imzaladı. Bu tarixi qələbə münasibətilə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin təşkilatçılığı ilə “Möhtəşəm qələbəmizin Zəfər səlnaməsi ” adlı tədbir keçirilib.
Tədbirdə rayon rəhbərliyi ilə yanaşı, bir qrup vətən müharibəsi qaziləri, şəhid ailələri, məktəblilər, hərbi təlim müəllimləri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Sabirabad rayonunun mərkəzi meydanında yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini, daha sonra Sabirabad Şəhidlər Xiyabanında şəhidlərin məzarını ziyarət ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni ilə mərasim açıq elan olunub. Sonra vətən uğrunda canından qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi, polkovnik Leytenant Əlisafa Məmmədov, Sabirabad rayon İcra Hakimiyyəti Başçısnın I müavini Həsən Həsənov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin Rəisi Nadir Quliyev və ikinci vətən müharibəsi qazisi Murad Bağırov çıxış edərək Zəfər tariximizdən və bu zəfərin əldə olunmasından danışıblar.
Sonra Azərbaycan Respublikasının məlum Sərəncamları ilə Vətən Müharibəsi iştirakçalarının göstərdikləri sücayətlərinə görə, ölümündən sonra təltif olunduqları medalları şəhidlərimizin valideynlərinə təqdim olunub.
Sonda xatirə fotosu çəkilib.
Sabirabad rayonunda “Möhtəşəm Qələbəmiz Tariximizin Zəfər səlnaməsidir”adlı tədbir keçirilib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter