"5 Mart Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş tədbir keçirilib
- 04.03.2022, 21:19, Baxış sayı:
- 568
Facebook
Вконтакте
Одноклассники
Google+
"5 Mart Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş Cüdo üzrə uşaqlar və yeniyetmələr arasında rayon çempionatı keçirilmişdir. Açılış nitqi ilə çıxış edən Sabirabad rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev qeyd edib ki, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman günü kimi qeyd olunur. Bu tarix cənab Prezident İlham Əliyevin Bədən tərbiyəsi və İdman gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli sərəncamına əsasən qeyd edilir. O, bu əlamətdar gün münasibətilə idmançıları təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Maraqlı keçən yarışın sonunda qaliblər rayon Gənclər və İdman idarəsinin diplomları ilə təltif edilmişlər.
***
“5 Mart Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş uşaqlar arasında şahmat üzrə rayon çempionatı da keçirilmişdir. Qaliblər mükafatlandırılıblar.