Ölkəmizdə idmanın yüksəlişi həm də dövlətimizin yüksəlişi deməkdir
- 29.03.2022, 21:39, Baxış sayı:
- 466
Facebook
Вконтакте
Одноклассники
Google+
Ölkəmizdə bütün sahələrdə həyata keçirilən uğurlu siyasət nəticəsində idman sahəsində də böyük müvəffəqiyyətlərə imza atılıb. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır. Bunun da bariz nəticəsi kimi Azərbaycan idmançılarının müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlu nəticələrin sayı artmaqdadır. Növbəti belə uğur 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında əldə edilib. Gənc güləşçilərimiz ölkəmizi bu yarışda layiqincə təmsil edərək 7-si qızıl olmaqla 16 medal qazanıblar. Komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görülüb. Bununla da idmançılarımız Azərbaycanın təkcə müharibə meydanında deyil, idmanda da Qalib xalq olduğunu sübut ediblər.
Martın 17-də Prezident İlham Əliyev tarixi qələbəyə imza atan güləş komandasının üzvlərini və məşqçıləri qəbul edərkən bildirib ki, “Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər”.
Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada layiqincə təbliğ edirlər. İdman Azərbaycanın dövlət siyasətidir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Hazırda ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bu gün Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, İdman Komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.
Bolqarıstanda keçirilmiş Avropa çempionatında idmançılarımızın qazandığı parlaq Qələbə bir daha sübut etdi ki, Azərbaycanda idman ənənələri kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri uğurla davam etdirir.
Cəfər
TEYFİ-İBADZADƏ,
Şahmat
məktəbinin
direktoru