• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İndiki gənclər üçün imkanlar daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər

  • 05.02.2022, 09:03, Baxış sayı:
  • 557
İndiki gənclər üçün imkanlar daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər
Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizdə bütün sahələrdə olduğu kimi gənclər siyasəti sahəsində də möhkəm və uğurlu təməl qoyulmuşdur. Gənclərin rahat yaşaması, təhsil alması, karyera qurması, işləməsi və inkişafı üçün yaradılan bütün şəraitin kökündə Ulu Öndər Heydər Əliyevin uğurlu gənclər siyasəti dayanır. Çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclərin gücünü düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. Gənclər və İdman Nazirliyinin yaradılması, iyirmi beş il əvvəl Azərbaycan Gənclər Gününün təsis edilməsi, gənclər hərəkatının təşkilatlanması istiqamətində dövlət dəstəyinin göstərilməsi Gənclər siyasətinin institutlaşdırılması üçün atılmış mühüm addımlar idi.
Ulu Öndər Heydər Əliyev öz çıxışlarında hər zaman gəncləri hər bir xalqın, hər bir millətin, hər bir ölkənin bu günü, sabahı və ümidi adlandırırdı. Onun təməlini qoyduu siyasi kursu bu gün Prezidentimiz İlham Əliyev uğurla inkişaf etdirir. “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” deyən ölkə başçımız İlham Əliyev bütün hakimiyyəti dövrü həqiqətən də biz gənclərin rifahı, xoşbəxt gələcəyi naminə çalışmış və bunun üçün bütün zəruri addımlar atılmışdır. Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Sərəncamla “2007-ci ilin “Gənclər ili” elan olunmasına dair tədbirlər planı” təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulmuşdur. Hazırda ölkəmizdə gənclərin hərtərəfli inkişafına xidmət edən Gənclər Karyera və İnkişaf Mərkəzlərinin 55 şəhər və rayonda nümayəndəlikləri fəaliyyət göstərir.
44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun qazandığı Zəfər gəncliyimizin mənəvi zirvəsidir. Azərbaycan Ordusunun sıralarında xidmət edən qəhrəman gənclərimizin rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan geniş tikinti quruculuq və bərpa işləri, yaradılan infrastruktur layihələr biz gənclərə böyük fərəh və qəti əminlik verir. Bilirik ki, bütün bu işlərin görülməsi dövlətimizin iqtisadi gücü sayəsində mümkün olur və bu bərpa-quruculuq işlərində gənclər yaxından iştirak edirlər. Buna görə də biz gənclər Prezidentimizi əmin edirik ki, hər zaman bizə güvənə bilər, biz onun ətrafında bir yumruq kimi sıx birləşərək ölkəmizin işıqlı sabahı naminə yorulmadan çalışacağıq.

Vüqar Kərimov,
Sabirabad rayonu Gənclər və
idman idarəsinin rəis müavini
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter