• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İdman. Sabirabad futbolu şanlı və gözəl ənənələrə malikdir

  • 21.04.2021, 09:42, Baxış sayı:
  • 582
İdman.   Sabirabad futbolu şanlı və gözəl ənənələrə malikdir
İnanırıq ki, Sabirabad Futbolu itirilmiş ənənələrini bərpa edəcək, yaxın gələcəkdə özünün istedadlı və adlı-sanlı idmançıları ilə rayonumuzu bir daha şöhrətləndirəcəklər.

Sabirabad futbolu şanlı və gözəl ənənələrə malikdir. İdmançılarımız hələ ötən əsrin 50-60-cı illərindən başlayaraq Ümumittifaq və Respublika miqyaslı yarışlarda parlaq nəticələr əldə etmişlər. 1957-ci ildə futbolçular “B” qrupunda Respublika çempionu adını qazanmış, 1970-1987-ci illərdə isə “Qızıl Sünbül” kubokunun sahibi olmuşlar. Həmin dövrdə rayonumuza şərəf və şöhrət gətirmiş futbolçulardan Şakir Qəribov, Hüseynağa Kərimov, Kərimağa Məmmədov, Sranuş İbrahimov, Zakir Xəlilov, Qalib Əliyev, Ruslan Həbibov kimi idmançıların adlarını xüsusi hörmətlə qeyd edirik.
Rayonumuzun “İnşaatçı” futbol komandası 1983-1987-ci illərdə respublika çempionatında üçüncü yeri tutmuş, 1986-ci ildə isə SSRİ kuboku uğrunda yarışlarda çıxış etmişdir. 1989-cu ildə peşəkar futbolçu Şakir Qəribovun rəhbərliyi altında “İnşaatçı” ölkə çempionu adına layiq görülmüşdür. Həmin illərdə komandaya ad-san gətirmiş futboçulardan Nizami Məmmədov. Hikmət Əliyev, Ramiz Dadaşov, Mehman Cavadov, Çingiz Gözəlov, Rasim Abuşov, Fərhad Əkbərovu hörmətlə yad edirik.
İnanırıq ki, Sabirabad Futbolu itirilmiş ənənələrini bərpa edəcək, yaxın gələcəkdə özünün istedadlı və adlı-sanlı idmançıları ilə rayonumuzu bir daha şöhrətləndirəcəklər.
“Muganın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter