• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ölkəmizdə idmana diqqət və qayğı artır

  • 16.12.2021, 10:56, Baxış sayı:
  • 946
Nəhəng idman infrastrukturunun yaradılması istiqamətində atılan addımlar Azərbaycanı idman ölkəsi kimi nəinki yerləşdiyi coğrafi arenada, həm də bütün dünyada lider mövqeyə yüksəldib. Azərbaycan idmançıları xalqımızı böyük qələbələrlə sevindirirlər. Ölkəmizdə idmanın inkişafı çox sürətlə gedir. Hər il idmançılarımız müxtəlif beynəlxalq yarışlarda yüksək nəticələr göstərir, medallar qazanırlar. Buna Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı sayəsində nail olunur.
Çoxlu sayda Olimpiya İdman komplekslərinin, idman-sağlamlıq mərkəzlərinin tikilib istifadəyə verilməsi Azərbaycanı nəhəng idman hərəkatının yaşandığı məkanlardan biri kimi tanıdıb. Azərbaycan mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Diqqət çəkən əsas məqamlardan biri də bədən tərbiyəsi və idmanın ölkəmizin bütün regionlarında kütləvi xarakter almasıdır. Buna nail olmaq üçün müxtəlif bölgələrdə Olimpiya kompleksləri, idman qurğuları və stadionlar tikilir.
Belə nəhəng idman qurğularından biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təməlini qoyduğu, 2008-ci il sentyabrın 26-da istifadəyə verilmiş Sabirabad Olimpiya İdman Kompleksidir. Burada mini-futbol, voleybol, basketbol, üzgüçülük, stolüstü tennis, güləş və atletika idman növlərinin inkişafı üçün hər bir şərait yaradılıb. Olimpiya İdman Kompleksinin direktoru Oqtay Mehdiyevlə söhbət zamanı vurğuladı ki, burada sərbəst güləş, yunan-Roma güləşi, cüdo, əlbəyaxa döyüş, sambo, karate, boks, mini-futbol, üzgüçülük, stolüstü tennis, trenajor bölmələri fəaliyyət göstərir. Kompleksə trenajor bölməsi üçün yeni idman avadanlıqları gətirilib.
Oqtay Mehdiyev qeyd etdi ki, bu il idmançılardan Anar Ağayev, Əli Ağayev və Şamil Mikayılov əlbəyaxa döyüş üzrə Bakı şəhərində keçirilən respublika turnirində birinci yeri tutmuşlar. O, eyni zamanda idmançılardan Səməd Həsənzadənin, Allahverdi Pənahovun, Əfqan Abasovun,Varis Mehdizadənin adlarını çəkdi. Bildirdi ki, onlar ötən illər ərzində beynəlxalq yarışlarda, Avropa birinciliyində Sabirabadın idman şərəfini uca tutaraq fəxri kürsünün yüksək pillələrinə qalxmış, mükafatlar qazanmışlar. Güləşçimiz Varis Mehdizadə Azərbaycan yığma komandasının tərkibində Avropa çempionatına hazırlaşır. Bundan başqa, güləşçilərimiz ölkə birinciliyində də iştirak edəcəklər.

Elçin NƏSİB,
“Muğanın səsi”

Ölkəmizdə idmana diqqət və qayğı artır
Ölkəmizdə idmana diqqət və qayğı artır
Ölkəmizdə idmana diqqət və qayğı artır
Ölkəmizdə idmana diqqət və qayğı artır
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter