• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək

  • 26.03.2022, 10:43, Baxış sayı:
  • 457
Qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək
Müstəqil Azərbaycanımız beynəlxalq aləmdə nəinki sülhsevər, qonaqpərvər, tolerant bir ölkə kimi, eyni zamanda bir idman ölkəsi kimi böyük nüfuz qazanıb. İkinci dəfə dövlət müstəqilliyinə qovuşduqdan sonra əsası Ulu Öndərimiz, Dahi Rəhbərimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün möhtərəm Prezidentimiz, Partiya sədrimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır.
İdman dövlət siyasətidir və hər bir ölkənin qüdrətini əks etdirir. Məhz, İlham Əliyev cənabları 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra Azərbaycan qısa bir müddətdə dünya miqyasında nüfuzlu, güclü bir idman ölkəsinə çevrildi. Ölkəmizin idmançıları beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında, Olimpiadalarda yüksək nəticələr əldə edərək himnimizi səsləndirdilər, üçrəngli bayrağımızı yüksəkliklərə qaldırdılar. Bu gün Ulu Öndərimizin “Gənclər müstəqil Azərbaycanın gələcəyinin qurucularıdır !” müdrik kəlamı nəinki, ictimai – siyasi, sosial – iqtisadi, elmi – mədəni həyatımızda, ordu quruculuğunda, eləcə də idmanda öz təsdiqini tapır. Təcrübə göstərir ki, gənclərimizin gələcəkdə layiqli bir vətəndaş, savadlı, peşəkar kadrlar kimi yetişməsində, vətənpərvərlik ruhunda tərbiyə edilməsində idmanın rolu böyükdür.
Vətən müharibəsində də möhtəşəm Qələbəmizin əldə olunmasında vətənpərvərlik hisləri, Vətənə olan sevgi, torpağa bağlılıq müstəsna rol oynadı. Əgər otuz ilə yaxın bir müddətdə respublikamız beynəlxalq aləmdə istər idman, istər siyasi arenalarda məğlub ölkə kimi təmsil olunurdusa, tariximizə qızıl hərflərlə yazılmış misilsiz Qələbədən sonra Qalib xalqın Qalib idmançıları kimi günbəgün parlaq Qələbələrə imza atmaqdadırlar.
Bolqarıstanda keçirilmiş Avropa çempionatında güləşçilərimizin əldə etdiyi bu Möhtəşəm Qələbə sayəsində Azərbaycan 34 Avropa ölkəsi arasında birinci yerə layiq görülmüşdür. Bununla da idmançılarımız Azərbaycanın təkcə müharibə meydanında deyil, idmanda da Qalib xalq olduğunu sübut etdilər.
Bu gün Azərbaycanın hər bir bölgəsində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, İdman Komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.
Adətən inkişaf etmiş ölkələrin idmançıları daha böyük uğurlar qazanırlar və bu həmin ölkədə idman siyasətinin düzgün aparılmasından xəbər verir. Bolqarıstanda keçirilmiş Avropa çempionatında idmançılarımızın qazandığı parlaq Qələbə bir daha sübut etdi ki, Azərbaycanda idman ənənələri kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri uğurla davam etdirir.
Şanlı Vətən Müharibəsindən sonra ölkəmizdə bir şüara çevrilmiş “Qalib Lider, Qalib Ordu, Qalib Xalq !” kəlamı bu dəfə özünü “Qalib Lider, Qalib Gənclik, Qalib Xalq !” timsalında doğrultdu.

Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter