Hörmətli Sabirabadlılar,
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş diləklərimi çatdırıram.
2021-ci il Azərbaycanın daha parlaq gələcək zəfərlərinə yol açan tarixi hadisələrlə yadda qaldı. Xalqımız Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla irəliləyən davamlı sosial-iqtisadi inkişaf kursuna dərin inam və etimadını bir daha yekdilliklə ifadə etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.
Əlbəttə, Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və cənab Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ötən 18 ildə xalqımız həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.
Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı, əhalinin rifah halının yaxşılaşması, böyük infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Regionda və dünyada yaşanan gərginliyə, hərbi münaqişələrə, iqtisadi və siyasi katalkilzmlərə baxmayaraq 2021-ci il respublikamızın, o cümlədən Sabirabad rayonunun sosial-iqtisadi inkişafında böyük uğurlarla tarixə çevrilir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq rayonda böyük işlər görülmüşdür. Aqrar sektorun inkişafında və xüsusilə əkin sahələrinin suvarılmasında əsaslı dönüşə nail olmaq üçün komleks tədbirlər həyata keçirilmiş, rayonda abadlıq-quruculuq işləri davam etdrilmiş, avtomobil yollarında, park və xyabanlarda bərpa işləri aparılmış, Heydər Əliyev, Muğan prospektləri və Sabirabad-Şirvan magistral avtomobil yolu boyunca ağacəkmə aksiyaları keçirilərək yeni yaşıllıqlar salınmışdır. Əhalinin sosial-rifah halı daha da yaxşılaşmış, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə diqqət və qayğı artırılmışdır.
Mən bu yeni ilin ilk günündə Sabirabadın hərtərəfli inkişafında fədakar əməyi ilə fərqlənən insanlara öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
İnaniran ki, sabirabadlılar həmişə olduğu kimi, bundan sonra da dövlət müstəqilliyimizin, milli həmrəylik və birliyimizin möhkəmlənməsinə əməli fəaliyyətləri ilə yeni töhfələr verəcəklər.
Bu arzularla Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə bir daha ürəkdən təbrik edir, hər birinizə xoşbəxtlik, can sağlığı, bol ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!