• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Nə qədər ki, xalqımız və tariximiz yaşayacaq, Sizin adınız tariximizə qızıl hərflərlə yazılacaq. Siz bizim əbədi liderimizsiniz- Prezidentə yazırlar

  • 04.01.2021, 15:34, Baxış sayı:
  • 454
Nə qədər ki, xalqımız və tariximiz yaşayacaq, Sizin adınız tariximizə qızıl hərflərlə yazılacaq. Siz bizim əbədi liderimizsiniz- Prezidentə yazırlar
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun tarixi Qələbəsi xalqımız tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Azərbaycan vətəndaşları bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar. Sabirabad rayonundan da vətəndaşlar dövlətimizin başçısına məktublar ünvanlayırlar. “Muğanın səsi” Prezidentin saytına istinadən həmin məktubların bəzilərini təqdim edir:
Azərbaycan Respublikası, Sabirabad rayonu, Qaratəpə kəndi 1-ci dərəcəli "Əmək ordenli, Prezident təqaüdçüsü, Əmək qəhrəmanı Fatma Hüseynova:
- Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan! Sizin rəhbərliyinizlə müzəffər Azərbaycan Ordusunun Azərbaycanın ayrılmaz tərkib hissəsi və tarixi ərazisi olan Qarabağı işğaldan azad etməsi və yenidən ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində imza atdığınız tarixi nailiyyətə görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Mən də cəbhədə döyüşlər başlayan gündən Vətənim Azərbaycanı sevən bir vətəndaş və əməkçi insan kimi Azərbaycan Ordusundan həm maddi, həm də mənəvi yardımlarımı əsirgəmədim, daim ürəyim hər bir Azərbaycan əsgəri ilə döyündü. Müharibə dövründə cəbhədə döyüşən Azərbaycan Ordusuna maddi yardımlar etdim, eyni zamanda daimi yaşadığım Sabirabad rayonunda insanlar arasında vətənpərvərlik ruhunda söhbətlər apardım. Bir Ali Baş Komandan və bütün dünya azərbaycanlılarının vahid lideri kimi bizə qələbə sevincini və fərəhini yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Cənab Ali Baş Komandan, bütün xalqımız və dünya azərbaycanlıları Sizə və Sizin siyasətinizə hər zaman güvənəcək. Nə qədər ki, xalqımız və tariximiz yaşayacaq, Sizin adınız tariximizə qızıl hərflərlə yazılacaq. Siz bizim əbədi liderimizsiniz. Cənab Prezident İlham Heydər oğlu Əliyev, Sizin kimi lider üzərimizdə daim günəş kimi parlasın. Mən və mənim ailə üzvlərim, yaxınlarım hər zaman əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Sizin tərəfinizdən müvəffəqiyyətlə davam etdirilən uğurlu siyasətin tərəfdarı olmuşuq və olmaqda da davam edəcəyik. Cənab Prezident, məhz Sizin sayənizdə Azərbaycan Respublikası işıqlı gələcəyə addımlayır. Bir daha Sizi, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanı və bütün ailə üzvlərinizi Qarabağın işğaldan azad olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!
Azərbaycan Respublikası, Sabirabad şəhəri Əhmədli Xəyal Əhməd oğlu:
- Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan! Sizin rəhbərliyiniz altında mətin və rəşadətli Ordumuz Azərbaycan tarixinin şanlı səhifələrini yazdı. Cənab Ali Baş Komandan, Siz həm hərb meydanında, həm də siyasət meydanında qalibsiniz. Uca Yaradan Sizi və Ordumuzu qorusun!
Azərbaycan Respublikası, Sabirabad rayonu, Axtaçı-Muğan kəndi. Həsənli Əsmər Elman qızı:
- Müzəffər Ali Baş Komandan! Möhtəşəm Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizin uğurlu siyasətiniz nəticəsində biz əzəli torpaqlarımıza qovuşduq. Bütün azərbaycanlılar Sizinlə qürur duyur və bir yumruq kimi Sizin ətrafınızda birləşib. Bu xoşbəxtliyi bizlərə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi xalqımızın başının üstündən əskik etməsin! Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!
Azərbaycan Respublikası, Sabirabad şəhəri Səidə Nağıyeva:
- Hörmətli cənab Prezident. Bu gün Azərbaycan xalqı tarixinin ən şanlı və qürurlu anlarından birini yaşayır. Onilliklər ərzində dondurulmasına cəhd edilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, nəhayət ki, tarixi və hüquqi ədalətin bərpası ilə həll edildi. Biz Sizinlə fəxr edirik, cənab Prezident! Qarabağ Azərbaycandır!

Azərbaycan Respublikası, Sabirabad şəhəri Seyidməsmə Ələkbərova:
- Cənab Prezident.Bizə yaşatdığınız Qələbə sevincinə görə Sizə nə qədər təşəkkür etsək də, azdır. Hamımızın səbirsizliklə gözlədiyimiz o gün nəhayət gəldi, torpaqlarımız azadlığına, biz isə vüsala qovuşduq. Biz həmişə Sizə inanmışıq, cənab Prezident. Hər zaman Sizin arxanızdayıq. Qarabağ Azərbaycandır!
Azərbaycan Respublikası, Sabirabad rayonu, Cavad kəndi Şöhrət Kərimov:
- Müzəffər Ali Baş Komandan.
İşğal altında olan torpaqlarımızın geri alınması, Böyük Qayıdışa hazırlığa başlamağımız münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Vətən uğrunda şəhid olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Azərbaycan xalqı çoxdan Qələbəyə həsrət idi. Bu sevinci bizə və bizim nəsillərə bəxş etdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Bizim üçün əhəmiyyətli olan bu Qələbə Sizin böyük siyasətinizin və uzaqgörənliyinizin tərənnümüdür. Biz bundan sonra da Sizin yürütdüyünüz siyasəti dəstəkləyəcək və dəmir yumruq kimi ətrafınızda olacağıq. Biz Sizinlə və şanlı Ordumuzla fəxr edirik.
Azərbaycan Respublikası, Sabirabad rayonu, Kürkəndi kəndi, tələbə Həsənov Zakir Elnur oğlu:
- Cənab Prezident! Bu məktubu Sizə ünvanlamağımın səbəbi odur ki, biz ailəlikcə Sizin pərəstişkarınızıq. Mən və ailəm indiyədək bu qədər müdrik siyasətə, dərin ideologiyaya sahib şəxsiyyət görməmişik. Sizin əmrinizlə şəxsən mən ölümə belə gedərəm. Müraciətimin sonunda başda Siz və ailəniz olmaqla bütün Azərbaycan xalqını Qarabağın azad edilməsi münasibətilə təbrik edirik və şəxsən Sizə Azərbaycanın Milli Qəhrəmanı adı verilməsini xahiş edirik. Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Azərbaycan Respublikası, Sabirabad şəhəri Təranə Sadıqova:
- Cənab Prezident. Torpaqlarımızın işğaldan azad olunması, xalqımızın 28 illik həsrətinə son qoyulması münasibətilə Sizi və müzəffər Ordumuzu ürəkdən təbrik edirəm. Bu qələbələrlə bizi çox sevindirdiniz. Minnətdaram, cənab Prezident.
Azərbaycan Respublikası, Sabirabad şəhəri Ofeliya Ağayeva:
- Müzəffər Ali Baş Komandan. Müharibə başlanan ilk gündən Siz dünyanın aparıcı media orqanlarına çox sayda müsahibə verib, xalqımızın öz doğma torpaqlarını azad etməyə hüququ və mənəvi haqqı olduğunu sübut etdiniz. Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Qarabağ Azərbaycandır!
Azərbaycan Respublikası, Sabirabad şəhəri Abbasova Samirə Əsəd qızı:
- Müzəffər Ali Baş Komandan! Siyasi arenadakı qələbələrin davamı olaraq Vətən müharibəsində qazandığınız zəfərlərə görə Sizi təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayırıq. Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter