• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadlılar Müzəffər Ali Baş Komandana YAZIRLAR:

  • 07.01.2021, 11:31, Baxış sayı:
  • 497
Sabirabadlılar Müzəffər Ali Baş Komandana YAZIRLAR:
“Müzəffər Ali Baş Komandan, ikinci Vətən müharibəsinin Milli Qəhrəmanı, şərəfli ordu generalı, qarabağlıları başıuca edən əbədi Prezidentimiz İlham Əliyev! Allah Sizi qorusun!”
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun tarixi Qələbəsi xalqımız tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Azərbaycan vətəndaşları bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar. Sabirabad rayonundan da vətəndaşlar dövlətimizin başçısına məktublar ünvanlayırlar. “Muğanın səsi” Prezidentin saytına istinadən həmin məktubların bəzilərini təqdim edir:
Sabirabad rayonu, Ulacalı kəndi, Abusəd Məhərrəmov:
- Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan. Sizi, Azərbaycan xalqını, bütün türk dünyasını böyük Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu Qələbə Azərbaycan xalqının adını ən yüksək zirvələrə, kainatın ən yüksək qatında yerləşən ulduzlara qaldırdı. Azərbaycan xalqı dünya durduqca dan ulduzunun parlaq işığında firavan həyat sürəcəkdir. Dünyada ən güclü silah siyasətdir. Məndən soruşsalar ki, hazırda dünyada ən güclü siyasətçi kimdir? - heç düşünmədən “İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan” deyərdim. Bu iki şəxsiyyəti Allah-Təala bəşəriyyətə xilaskar olaraq bəxş edib. Əziz Prezidentimiz, Sizə bu tarixi günlərdə möhkəm cansağlığı arzulayıram. Əldə etdiyimiz qələbələrə görə Sizə minnətdarıq, Sizinlə fəxr edirik! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!
Sabirabad rayonu, Laçın rayon sakini, Mirzə Mirzəyev:
- Müzəffər Ali Baş Komandan, ikinci Vətən müharibəsinin Milli Qəhrəmanı, şərəfli ordu generalı, qarabağlıları başıuca edən əbədi Prezidentimiz İlham Əliyev! Allah Sizi qorusun! Siz biz köçkünləri sevindirdiniz, Allah da Sizi sevindirsin. Arzu edirəm ki, bütün azad edilmiş rayonlarda heykəliniz ucaldılsın. İstərdim ki, uzun illər Prezidentimiz olasınız və işğaldan azad olunmuş yerlərimizi əvvəlkindən də gözəl məkana çevirəsiniz. Çox sağ olun ki, 30 il əsirlikdə olan torpaqlarımızı azad etdiniz. Qarabağ həsrəti ilə dünyasını dəyişmiş ulu öndər Heydər Əliyevin ruhu şad oldu. Mən Laçın rayon sakiniyəm. 65 yaşım var, artıq ümidim yox idi ki, bir daha Laçını görə bilərəm. Siz Laçını azad etməklə mənə yeni həyat verdiniz. Cənab Prezident, 1998-ci ildə Ulu Öndərə həsr etdiyim şeirimi Sizə göndərirəm:
Heydər baba
Ulu peyğəmbərsən, müqəddəs imam
Bu ada layiqsən bil Heydər baba
Düşməni susdurub alıb intiqam
Ol mənim ağzımda dil, Heydər baba!
Sən bir yaraşıqsan Azərbaycana
Sən gələndən Vətən gəlibdir cana
Bu sınıq qəlbimi döndərmə qana
Alnıaçıq yaşa, gül, Heydər baba!
Laçınım alınsın, gedim Laçına
Lənət deyim erməninin xaçına
Başı batmış saqqallının saçına
Ovuc-ovuc töküm kül, Heydər baba!
Kəndimdə ucalsın böyük heykəlin
İtsin arasında gülün-çiçəyin
Allah dayaq dursun olsun köməyin
Acı göz yaşımı sil, Heydər baba!
Həmişə müqəddəs and yerim sənsən
Güllü yaylağımın gül qönçəsisən
Kəsməsin yolunu nə duman, nə çən
Gözəl Qarabağa gəl, Heydər baba!
Mirzəyəm, yazsam da sinəm doludur
Heydər adı ululardan, uludur
Tutduğun yol Həzrət Əli yoludur
Özün göstər mənə yol, Heydər baba
Sabirabad şəhəri, Seyidməsmə Ələkbərova:
- Cənab Prezident.Bizə yaşatdığınız Qələbə sevincinə görə Sizə nə qədər təşəkkür etsək də, azdır. Hamımızın səbirsizliklə gözlədiyimiz o gün nəhayət gəldi, torpaqlarımız azadlığına, biz isə vüsala qovuşduq. Biz həmişə Sizə inanmışıq, cənab Prezident. Hər zaman Sizin arxanızdayıq. Qarabağ Azərbaycandır!
Sabirabad şəhəri, Təranə Sadıqova:
- Cənab Prezident. Torpaqlarımızın işğaldan azad olunması, xalqımızın 28 illik həsrətinə son qoyulması münasibətilə Sizi və müzəffər Ordumuzu ürəkdən təbrik edirəm. Bu qələbələrlə bizi çox sevindirdiniz. Minnətdaram, cənab Prezident.
Sabirabad şəhəri Abbasova Samirə Əsəd qızı:
- Müzəffər Ali Baş Komandan! Siyasi arenadakı qələbələrin davamı olaraq Vətən müharibəsində qazandığınız zəfərlərə görə Sizi təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayırıq. Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter