İlham ƏSGƏROV,
“Muğanın səsi” qəzetinin
Baş redaktoru
Hörmətli oxucular!
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, ən xoş və səmimi istəklərimizi çatdırırıq! Hər birinizə müstəqil Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması, ölkəmizin daha da qüdrətlənməsi naminə səmərəli, Vətənə gərəkli və məsuliyyətli fəaliyyətinizdə müvəffəqiyyətlər və yeni-yeni uğurlar arzulayır, Sizə və doğmalarınıza uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və bol-bol sevinc diləyirik![/b]
Sizin sözünüz, bizim sözümüzdür!
“Muğanın səsi” qəzeti olaraq bu Yeni ildə Sizə bir daha müraciət edirik. Yeni ildə Sizin sözünüzün bizim sözümüz olmasını istəyirsinizsə, BİZƏ YAZIN. Hər probleminizdən xəbərdar olaq və kömək edək, hər birinizə dayaq duraq!
Əziz oxucular
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi sahədə qarşıya qoyduğu vəzifələr, o cümlədən rüşvətxorluğa, özbaşınalığa, talançılığa qarşı mübarizə sahəsində tövsiyələri fəaliyyətimizin əsas lokomotividir.
Ölkə Prezidentinin dönə-dönə dediyi:
`...bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir` tövsiyələrindən hələ də nəticə çıxarmayanlar var.
Əmin olun ki, otən bir ildə olduğu kimi, Yeni - 2022-ci ildə də cəmiyyətimizin inkişafına əngəl olanlara qarşı çıxacaq, bütün sahələrdə nöqsan və çatışmazlıqları açıb göstərəcək və ehtiram qazananları da Sizə tanıdacaq, yalançı və böhtançılara da sözümüzü deyəcəyik.
Məqsədimizə nail olmaq üçün Sizin köməyinizə ehtiyacımız böyükdür. Cənab Prezidentin dediyi kimi,
“..ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir. Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkminləşir”. İctimai nəzarətə xüsusi əhəmiyyət verərək Sizi narahat edən bütün məsələləri qəzet və qəzetin internet səhifəsinə çıxarırıq və çıxaracağıq. Elə bu yerdə xüsusi vurğulamaq istəyirik ki, “özündən deyən” məmurlar və vəzifəli şəxslər də tapılır, deyirlər ki: “Qəzetdə və yaxud internet saytındə yazmağa nə verirlər ki...”. Ötən bir ildə belələri də şahid oldular ki, nöqsanları, haqsız və ədalətsizlikləri təkcə qəzetdə və yaxud saytda verməklə kifayətlənmirik, onların hər vəchlə aradan qaldırılmasına çalışırıq. Deyilənlərdən nəticə çıxarıb iş görənlərin ünvanına xoş sözlər deyirik, laqeydlik, biganəlik və məsuliyyətsizlik göstərənlərə isə cavabımız sərt və qəti olur. Ölkə qanunlarına uyğun olaraq həmin idarə, müəssisə rəhbərləri və laqeyd məmurlar barədə təsirli tədbir görməyi onların yuxarı təşkilatlarından istəyirik və görülən tədbirləri “Bizə cavab verirlər” rubrikası altında dərc edirik. Yeni ildə də belə olacaq.
Unutmayın, Sizin sözünüz, bizim sözümüzdür!