• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

YAP-ın yaranmasının ildönümünə həsr olunmuş futbol turniri və ağacəkmə aksiyası keçirilib

  • 30.11.2021, 09:41, Baxış sayı:
  • 307
YAP-ın yaranmasının  ildönümünə həsr olunmuş futbol turniri və ağacəkmə aksiyası keçirilib
YAP-ın yaranmasının  ildönümünə həsr olunmuş futbol turniri və ağacəkmə aksiyası keçirilib
Futbol turniri Nərimankənd kənd stadionunda təşkil edilmişdir. Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, daha sonra YAP-ın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə YAP Sabirabad rayon təşkilatının sədr səlahiyyətlərini icra edən Məleykə Ağayeva açmışdır. O, və çıxış edənlər bildirmişlər ki, Ulu Öndər Heydər Əliyevin 1993-ci ildən başlanan ölkənin mərhələli inkişaf konsepsiyası uğurla həyata keçirilib və bu gün də cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycanın sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə layiqli yer tutması YAP-ın keçdiyi tarixi yolun əsas nəticəsi kimi qeyd edilməlidir. Çünki əldə olunan bütün uğurlarda Yeni Azərbaycan Partiyasının xüsusi rolu olub. Danılmaz faktdır ki, bu gün ölkəmizdə 760 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək ikinci bir siyasi partiya yoxdur və bu partiya Müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında layiqli yer tutaraq ölkəni yeni qələbələrə doğru inamla aparır. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsindəki əzmkar qələbəsi buna bariz nümunədir.
Daha sonra turnirə start verilmişdir. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda qaliblərə kubok və medallar təqdim olunmuşdur.
***
Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü münasibətilə YAP Sabirabad rayon təşkilatının təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Rayonun idarə, müəssisə və təşkilatlarının, ictimaiyyətin nümayəndələrinin, rayon sakinlərinin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu aksiyada sərv və bir sıra meyvə ağacları əkilib.
Artıq ənənə halını almış ağacəkmə aksiyasında məqsəd rayon ərazisində yaşıllıq zonalarını genişləndirmək, insanlar arasında ekoloji tərbiyəni və mədəniyyəti təbliğ etməkdən ibarətdir. Eyni zamanda gündən-günə gözəlləşən rayonumuzun ekoloji cəhətdən respublikamızda ən təmiz rayonlar sırasında olması üçün yaşıllaşdırma işləri davam etdirilir.
“Muğanın səsi”

















































Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter