• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

N. Gəncəvi adına tam orta məktəbdə futbol meydançası yenidən qurulub

  • 15.09.2021, 11:29, Baxış sayı:
  • 845
N. Gəncəvi adına tam  orta məktəbdə futbol  meydançası yenidən qurulub
Heydər Əliyev Fondu və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə Sabirabad şəhər Nizami Gəncəvi adına 5 №-li orta məktəbdə futbol meydançası yenidən qurulmuşdur.
Futbol meydançasının açılışında Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, Milli Məclisin deputatı Soltan Məmmədov, 63 saylı Sabirabad birinci seçki dairəsinin deputatı Kamal Cəfərov, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin konsulu və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbir iştirakçıları, Nizami Gəncəvi adına 5 №-li orta məktəbin müəllim kollektivi və şagirdlər müasir futbol meydançasına görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz təşəkkürlərini ifadə ediblər.
Futbol meydançası “Nizami Gəncəvi ili” çərçivəsində hazırlanıb və sabah 15 sentyabr tarixində mövcud karantin qaydaları nəzərə alınmaqla “Nizami Gəncəvi” adına məktəbələrarası futbol yarışması keçiriləcək.

“Muğanın səsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter