İkinci qrup əlil kömək istəyir
- 16.12.2021, 10:57, Baxış sayı:
- 325
Facebook
Вконтакте
Одноклассники
Google+
Hörmətli redaksiya!
Mən 2012-ci ildən Mərkəzi Dənizçilər Xəstəxanasında (Kaspar) onurğa və onba nahiyyəsindən ağır əməliyyat keçirmişəm. Həkimlərin və aidiyyatı təşkilatların qərarı ilə iş qabiliyyətimi itirdiyimə görə mənə 2-ci qrup əlillik dərəcəsi verilərək pensiya təyin edildi. Ancaq son 3 ayda pensiyam dayandırılıb.
Qeyd edim ki, ağır cərrahiyyə əməliyyatları digər orqanlarımın da sıradan çıxmasına səbəb olub. Hazırda ürək və diabet xəstəsiyəm. Gündəlik qəbul etdiyim dərmanlara görə apteklərə xeyli borcum yaranıb.
Pensiyamın bərpası ilə əlaqədar aidiyyəti təşkilatlara dəfələrlə müraciət etsəm də bu günədək nəticəsi olmayıb.
Xahiş edirəm, mənə bu işdə kömək edəsiniz.
Nəcibə MƏMMƏDOVA,
Sabirabad rayonu, Hacıbəbir kənd sakini, II qrup əlil.
[/b]