“Maarifləndirici söhbətlər aparılır”, amma...
- 10.12.2021, 21:51, Baxış sayı:
- 293
Facebook
Вконтакте
Одноклассники
Google+
“Muğanın səsi” qəzetinin 18 oktyabr 2021-ci il tarixli 72-ci nömrəsində dərc edilmiş və “Muganinsesi.az” internet saytında verilmiş “Şəhərin mərkəzi prospektində biabırçı mənzərə: İNƏKLƏRİN “PARADI”” sərlövhəli tənqidi yazı ilə bağlı Sabirabad Bələdiyyəsinin sədri Kamran Mirzəyevdən aldığımız cavab məktubunu olduğu kimi dərc edirik:
“Sizin Sabirabad Bələdiyyəsinə 29.10.2021-ci il tarixdə daxil olmuş 22.10.2021-ci il tarixli 45 saylı məktubunuza cavab olaraq bildiririk ki, məktubunuzda qeyd etdiyiniz məsələ ilə bağlı olaraq Sabirabad Bələdiyyəsi tərəfindən mütamadi olaraq vətəndaşlarla maarifləndirici söhbətlər aparılır və onlara sahib olduqları mal-qaranın şəhər ərazisində həm təhlükəli vəziyyət yaratdıqları həm də şəhərin görünüşünə xələl gətirdiyi izah olunur.
Nəzərinizə çatdırırıq ki, Sabirabad Bələdiyyəsinin həmin mal-qaraların şəhər ərazisindən yığışdırılaraq müvəqqəti saxlanılması üçün lazimi yerləri və bununla məşğul olacaq işçi qüvvəsi yoxdur. Lakin bununla əlaqədar olaraq bələdiyyə tərəfindən lazımi orqanlara Sabirabad Bələdiyyəsinə bu işdə köməklik göstərilməsi üçün müraciətlər edilmişdir”.
P.S. Cavabın hansı səviyyədə yazılmasını bir tərəfə qoyuruq. Əsas odur ki, cavabdan aydın olur ki, Bələdiyyə bu işdə “gücsüzdür”, deməli heyvanların şəhərdə cövlan etməsinə hələ dözməliyik.