“Muğanın səsi” qəzetinin 24 noyabr 2020-ci il tarixli 24-cü nömrəsində dərc edilmiş və “Muganinsesi.az” internet saitində verilmiş “Ulacalı qəsəbələrində həyat “donub” sərlövhəli tənqidi yazıda meliorasiya sahəsində görüləcək işlər də göstərilmişdir. Qəzetdə qaldırılan məsələnin həlli ilə bağlı Sabirabad Meliorasiya idarəsinin rəisi Alim Mürşüdovdan aldığımız cavab məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli redaksiya,
Sabirabad Meliorasiya idarəsinin rəhbərliyi yazaraq Sizə məlum edir ki, Sabirabad rayonunun ictimai-siyasi “Muganın səsi” qəzetinin 24 noyabr 2020-ci il tarixli 24-cü nömrəsində dərc edilmiş və “Muğanınsesi.az” internet daytında verişmiş “Ulacalı qəsəbələrində həyat donub” sərlpvhəli tənqidi yazı ilə əlaqədar idarəmizin mühəndis texniki işçiləri ərazilərə baxış keçirərək araşdırmalar aparmışlar.
Qeyd olunan sərlövhəli tənqidi yazıda qaldırılan məsələlərdən biri də qəsəbə ərazilərində KDŞ-lərin (kollektor dren şəbəkələləri) istismar vəziyyətinin qənaətbəxş olmadığı qeyd ulunmuşdur.
Baxış zamanı məlum oldu ki, həqiqətən də ərazilərdəki KDŞ-ların və borulu keçidlərin təmir-bərpa işlərinə ehtiyac vardır. Məlumat üçün bildiririk ki, 2020-ci ildə Ulacalı İN ərazilərində 16,9 km KDŞ-lər lildən təmizlənmiş, borulu keçidlərdə təmizlik işləri aparılmışdır. Bununla yanaşı suvarma sularının drenlərə istifadəsiz axıdılmaması, qənaətlə istifadə olunması üçün qabaqlayıcı tədbirlər görülmüşdür. 2021-ci il üçün Ulacalı İN ərazisində (qəsəbə daxil olmaqla ) 18 km üzunluqda drenlərin lildən təmizlənməsi təqvim planında nəzərdə tutulmuşdur.
Meliorasiya idarəsi gələcəkdə də həmin ərazilərin meliorativ vəziyyətinin qorunub saxlanmasını diqqət mərkəzində saxlamaqla, KDŞ-lərdə lildən təmizləmə işlərini təqvim planına uyğun olaraq davam etdirəcəklər”.
P.S. Ulacalı qəsəbələrində drenlərin lildən təmizlənməsini diqqətdə saxlayacağıq.