“Kür-Araz” şadlıq sarayının sahibləri ilə bağlı şok məlumatlar” yazısına təkzib
- 30.11.2021, 10:19, Baxış sayı:
- 563
Facebook
Вконтакте
Одноклассники
Google+
“Muğanın səsi” qəzetinin 21 sentyabr 2021-ci il tarixli 66-cı nömrəsində verilmiş “”Kür-Araz” şadlıq sarayının sahibləri ilə bağlı şok məlumatlar” tənqidi yazısında qarşı tərəfin mövqeyini də dərc etməyə hazır olduğumuzu bildirmişdik.
Sabirabad şəhəri, H.Əliyev prospekti 43 ünvanda yerləşən “Kür-Araz” şadlıq sarayının rəhbərliyi tərəfindən Sabirabad Kommunal Müəssisələri Kombinatına məxsus torpaq sahəsinin zəbt edilməsi məsələsi barədə qəzetimizin 21 sentyabr 2021-ci il tarixli 66-cı nömrəsində verilmiş məlum tənqidi yazıya qarşı tərəf öz münasibətini bildirmişdir.
Keçmiş “Gülüstan” mehmanxanasının (indiki “Kür-Araz” şadlıq sarayı) özəllişdirilməsi barədə dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə verildiyi, həmçinin Sabirabad Bələdiyyəsinin müvafiq qərarı ilə sahibkarlığın inkişafı məqsədilə M.Xəlilovun qohumunun mülkiyyətinə ayrılmış 0,4850 hektar torpaq sahəsinə dair verilmiş Dövlət Aktına əsasən vətəndaşın hüquqlarının dövlət qeydiyyatına alındığı sənədlər əsasında müəyyən edilmişdir.
Odur ki, qəzetin 21 sentyabr 2021-ci il tarixli 66-cı nömrəsində verilmiş yuxarıda adı qeyd olunan yazıda Mirzəcan Xəlilovun torpaq zəbt etməsi barədə Kommunal Müəssisələri Kombinatının rəisi Hüseynxan Məlikovun qəzetə verdiyi rəsmi məlumatlar həqiqətə uyğun deyil.
Yazıda həmçinin, sabiq deputat Mirzəcan Xəlilov və onun seçkilərdə qələbəsi barədə xoş olmayan ifadələr də işlədilmişdir. Həmin fikirləri də yanlış hesab edirik.