• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Kür-Araz” şadlıq sarayının sahibləri ilə bağlı ŞÖK MƏLUMATLAR

  • 22.09.2021, 15:38, Baxış sayı:
  • 709
“Kür-Araz” şadlıq sarayının sahibləri ilə bağlı ŞÖK MƏLUMATLAR
"Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilovun oğlu Vüsal Xəlilov Sabirabad Kommunal Müəssisələri Kombinatına məxsus xeyli daşınmaz əmlakı mənimsəyib və torpaq sahəsini zəbt edib?

"Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilov 15 ildir ki, Kombinatın müraciətlərini cavabsız qoyub.
Bu barədə "Muğanın səsi” redaksiyasına gələn Sabirabad Kommunal müəssisələri kombinatının rəisi Hüseynxan Məlikov məlumat verib.
Başlarına gələnləri danışan və ictimailəşməsini istəyən H.Məlikov bildirdi ki, Sabirabad şəhəri, Heydər Əliyev prospekti, 45 ünvanda yerləşən “Gülüstan” mehmanxanası 2005-ci ilin iyunun 22-dək Sabirabad Kommunal Müəssisələri Kombinatının balansında olub. Həmin tarixdən 0, 34,5 ha torpaq sahəsi olan adı gedən mehmanxana kombinatın bir qrup işçisi tərəfindən özəlləşdirilib və bir müddət sonra isə Mirzəcan Xəlilovun oğlu Vüsala satılıb.
Ancaq Vüsal Xəlilov qeyd olunan ərazi ilə yanaşı, satın aldığı mehmanxanaya aid olmayan, kombinata məxsus 0,8,1 ha torpaq sahəsini və balans dəyəri 12871,04 manat olan daşınmaz əmlakı da zəbt edib.
H. Məlikovun sözünə görə Xəlilovlar “Gülüstan” mehmanxanasının arxa hissəsində kombinata məxsus 0,8,1 ha torpaq sahəsini və onun üzərində olan mal-materialı ələ keçiriblər. Az bir müddətdə Kombinatın balans dəyərində olan qazanxananı (1847.88 manat), su hövuzunu (5231.88 manat), qülləli su çənini ( 1674.62 manat) sökərək və 121 kv.m asfalt sahəsini(4116.66 manat) dağıdaraq “Kür-Araz” şadlıq sarayı inşa etdiriblər.
H.Məlikov bildirdi ki, qazanxananın baca borusunu doğratdırıb şadlıq sarayının tikintisində istifadə ediblər. Kombinatın “Qülləli çən”i bu gün də onların xidmətindədi.
H.Məlikov: “Mən dəfələrlə Mirzəcan Xəlilova, bu məsələ ilə bağlı digər aidiyyəti təşkilatlara müraciət etsəm də bu günədək nəticəsiz qalıb. Xahiş edirəm mənimsənilən daşınmaz əmlakımızın və torpaq sahəsinin geri alınmasına köməklik edin”.
"Muğanın səsi” Mirzəcan Xəlilovla bağlı kiçik bir araşdırma aparıb. Nəticədə ortaya aşağıdakı faktlar çıxıb.
1954-cü ildə Sabirabad rayonunun Kovlar kəndində anadan olan Mirzəcan Xəlilov 2005-ci ildə 63 saylı Sabirabad I Seçki Dairəsindən deputatlığa namizəd olub. Hakim Yeni Azərbaycan Partiyasının siyahısı ilə deputat olmaq istəyən M.Xəlilov seçkidə məğlub olub. 2006-cı ildə təkrar seçkidə 44 saylı Sumqayıt Seçki Dairəsindən namizəd olsa da, bu dəfə də deputat mandatı qazana bilməyib. Hakimiyyətin yuxarı qatlarında nədənsə bu şəxsə qarşı bir inamsızlıq hiss edilib. Onun 2010-cu il parlament seçkilərində də 65 saylı Sabirabad dairəsindən də mandat almaq ümidləri doğrulmayıb.
2015-ci il parlament seçkilərində də M.Xəlilovun adı hakim partiyanın namizədləri siyahısına daxil edilməyib. M.Xəlilov YAP-ın üzvü olsa da fərdi qaydada namizədliyini 41 saylı Sumqayıt Seçki Dairəsindən irəli sürüb. Baxmayaraq ki, YAP-ın siyahıdan kənarda fərdi qaydada namizədliyini irəli sürən YAP üzvlərinə qadağası elan edilmişdi. Nədənsə bu qadağanı pozan Xəlilov partiyadan çıxarılmadı. Əksinə, 41 saylı Sumqayıt seçki dairəsindən YAP-ın vahid namizədi, həmin dairənin deputatı Leyla Abdullayeva seçkilərdən qəfil geri çəkildi. M.Xəlilov deputat mandatına məhz bundan sonra sahib ola bilib.
2020-ci il Milli Məclisə keçirilən seçkilərdən isə kənarda qalıb.
KİV-dən o da məlumdur ki, "Azərsu” ASC-nin ən böyük layihələrində bir qayda olaraq nə işdirsə məhz M.Xəlilovun rəhbərlik etdiyi "Azərsutəchizattikinti” ASC milyonlarla manatlıq tenderlərin qalibi elan olunur.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

İ. DƏMİRQAYA,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter