• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Qaratəpədə su təminatı yaxşılaşdırılır

  • 06.10.2021, 15:12, Baxış sayı:
  • 328
Qaratəpədə su təminatı yaxşılaşdırılır
İstismar müddətini tamamlamış su kanalı yeni novlarla əvəz olunur
Sabirabad rayonunun Qaratəpə kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması davam edir. Bu məqsədlə kəndin əkin sahələrinin suvarılmasında uzun illər istifadə olunan və artıq istismar müddətini tamamlamış qaragöz latok 1 kanalı yeni novlarla əvəz olunur. Bu məqsədlə latok 1 kanalı əsaslı şəkildə yenidən qurulur. Bu kanal hesabına 450 hektardan artıq əkin sahəsinin su təminatı yaxşılaşacaq. Bununla da suvarmada ən böyük problemlərdən olan su itkisinin qarşısı alınacaq. Təsərrüfat sahibləri və fermerlər əkin sahələrini daha səmərəli suvara biləcəklər.
“Qaragöz” latok 1 kanalının ümumi uzunluğu 3 min 725 metrdir. Bu kanalın yeni novlarla əvəz edilməsinə ötən il başlanılıb. Proses üç mərhələdə həyata keçirilib. Birinci mərhələdə 1.1 km, ikinci mərhələdə 1.3 km, üçüncü - yəni hazırki mərhələdə isə 400 metr hissəsi əsaslı şəkildə yenidən qurularaq təsərrüfat sahibərinin istifadəsinə veriləcək. Kanalın əsaslı şəkildə yenidən qurulmuş hissəsində ümumilikdə 7 hidrotexniki qurğu fəaliyyət göstərəcək. Yeni nov kanalın əvvəlkindən daha bir üstünlüyü isə suötürmə qabiliyyətinin yüksək olmasıdır.
Qeyd edək ki, Qaratəpə kəndində təsərrüfat sahiblərinin suvarma suyuna əlçatanlığının təmin edilməsi məqsədi ilə görülən işlər bununla yekunlaşmır. Belə ki, “Qaragöz” latok 1 kanalını suvarma suyu ilə təmin edən “Qaragöz” kanalı isə lildən təmizlənilir.
Ümumilikdə 10 km uzunluğu olan “Qaragöz” kanalının artıq böyük bir hissəsində bu işlər tamamlanıb. Yaxın vaxtlarda isə kanalın tam olaraq lildən təmizlənməsi yekunlaşacaq.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter