• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Birlik” İstehsal Kooperativinin dağıdılmış nasos stansiyasını kimlər bərpa edəcək?!

  • 09.01.2021, 15:18, Baxış sayı:
  • 579
“Birlik” İstehsal Kooperativinin dağıdılmış nasos stansiyasını  kimlər bərpa edəcək?!
Bizə yazırlar.

Hörmətli redaksiya,
“Birlik” İstehsal kooperativinin təşkil olunduğu 2018-ci ildən indiyədək bu kollektiv təsərrüfatda xeyli iş görülüb. Kooperativdə suvarma-meliorasiya işlərinin yaxşılaşdılması üçün əsaslı işlər aparılıb. Beşdəli kəndində nasos stansiya yenilənmiş, 1,3 km beton kanal inşa edilmişdir. Eləcə də Yaxa Dəllək kəndində üzən nasos quraşdırılmış, 1,2 km asma beton kanal inşa olunmuşdur. Beşdəli və Yaxa Dəllər kəndlərinin əkin sahələrində əmələ gələn izafi qurunt sularının kənarlaşdırılması və torpağın şorandan yuyulması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü, Meliorasiya və Su təsərrüfatı ASC-nin iştirakı ilə Yaxa Dəllək kəndinin ərazisində, dəmir yolunun 40 metrlik məsafəsində, baş meliorasiya kollektorunun üstündə yeni su ötürücü nasos stansiya tikilmişdi. Niyə keçmiş zamanda deyirik? Çünki, 2020-ci ilin iyul-avqust aylarında pambıq əkinlərinin suvarılmasının qızğın çağında su qıtlığını əsas tutub su ötürücü nasos stansiyasını dağıdıb, nasosu müvəqqəti olaraq Moranlı kəndinə apardılar.
Pambıq əkinlərinin suvarılması başa çatdırıldıqdan sonra aidiyyatı qurumlara çoxsaylı müraciətlərimiz nəticəsində həmin nasos geri qaytarıldı. Amma nə faydası, nasos çıxarılan vaxt stansiyaya elə ciddi ziyan dəyib ki, indi onun bərpası üçün böyük məbləğdə vəsait tələb olunur (dağıntının foto-şəkili əlavə olunur).
Biz bunu yeni yaranmış “Birlik” İstehsal Koperativinə qarşı sayğısızlıq və kooperasiyanın inkişafına mane olmaq kimi dəyərləndiririk.
Onu da qeyd etmək istəyirəm ki, ötürücü nasosun olmaması səbəbindən ötən təsərrüfat ilində 200 hektar torpaq sahəsinin suvarılmasında çox əziyyət çəkdik. Naəlac qalaraq səyyari su nasoslarından istifadə etdik, bu da böyük xərc deməkdir.
Yaxşı olar ki, Mexaniki Suvarma idarəsi baş suvarma kanallarına şluzlar qoysun, Sudan İstifadə Birlik­lərinin(SİB-lərin) işini təkmilləşdirsin, suyun təyinatı üzrə verilməsini təmin etsin, kollektorlara su axıdılmasının qarşısını alsın.
Sonda aidiyyatı dövlət qurumlarına səslənirəm: Kooperativ üçün həyati əhə­miyyət kəsb edən nasos stansiyasının qısa zamanda bərpa edilməsini təşkil edin, kollektiv təsərrüfatın inkişa­fına əngəl olmayın...
Şamil ƏLİYEV,
“Birlik” İstehsal
Kooperativinin sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter