• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlər də davam etdiriləcək

  • 15.06.2021, 18:35, Baxış sayı:
  • 371
Sabirabad və Salyan rayonlarında  yerləşən qış otlaqlarında meliorativ tədbirlər də davam etdiriləcək
Bu il 38 şəhər və rayonda 200 subartezian quyusu qazılacaq


Aprelin sonlarında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov və sədr müavini Zakir Quliyev Sabirabad, Saatlı, İmişli, Füzuli, Biləsuvar, Salyan və Neftçala rayonlarındakı su təsərrüfatı obyektlərinə baxış keçirərək cənab Prezidentin tapşırıqlarından irəli gələn məsələlərlə yerində tanış olmuşlar
Səfər zamanı yerli istismar idarələri ilə məsələlər müzakirə olunmuş və müvafiq tapşırıqlar verilmişdir.
Xatırladaq ki, bundan əvvəl ASC-nin sədri Zaur Mikayılov ilk olaraq işğaldan azad olunmuş ərazilərdə yerləşən “Suqovuşan” və “Xaçınçay” su anbarlarına və su təsərrüfatı obyektlərinə baxış keçirmişdi.
“Sudan istifadə planına əsasən 2021-ci ildə 1 407 387 ha sahədə kənd təsərrüfatı bitkilərinin, o cümlədən 514 198 ha sahədə taxıl, 100 844 ha sahədə pambıq, 2 584 ha sahədə tütün, 430 414 ha sahədə yem bitkiləri, 71 736 ha sahədə bostan-tərəvəz, 141 682 ha sahədə çoxillik bitkilər və 145 929 ha həyətyanı sahələrin vegetasiya suvarılması üçün mənbələrdən 10 233 mln. kubmetr həcmində suyun götürülməsi və ayrıclardan təsərrüfatlara 7 283 mln. kubmetr suyun verilməsi nəzərdə tutulub.
Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov bildirib.
O, qeyd edib ki, suvarma mövsümünə hazırlıqla əlaqədər ASC yerli istismar idarələri tərəfindən cari ilin birinci rübündə 825 hidrotexniki qurğu, 175 hidropost, 47 nasos, 867 subartezian nasosları təmir edilib, suvarma və kollektor-drenaj şəbəkələrində 9 716 min. kubmetr həcmində lildən təmizləmə işləri aparılıb. Həmçinin çay məcralarında 2 510 min kubmetr həcmində məcratəmizləmə işləri aparılıb, 904 kubmetr şax-daş və faşın, 350 kubmetr qabion bəndlər quraşdırılıb və 3861 kubmetr həcmində daş-beton bəndlər təmir edilib.
ASC rəhbərinin sözlərinə görə, bu il vegetasiya suvarmasını mütəşəkkil keçirmək, kənd təsərrüfatı bitkilərinin sudan istifadə planına uyğun olaraq su ilə təmin etmək, mövcud su ehtiyatlarını ayrı-ayrı rayonlar və su istifadəçiləri arasında limitlər əsasında bölüşdürülməsini təmin etmək üçün də müvafiq tədbirlər həyata keçirilir. Bundan əlavə, Prezidentin 27 iyul 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına daxil olan 8 suvarma kanalında Texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasının başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda cari il Suqovuşan hidroqovşağından suyun əkin sahələrinə çatdırılması üçün işğaldan azad olunmuş Tərtərçay Sol Sahil kanalının başlanğıc hissəsinin yenidən qurulması işlərinə başlanılması planlaşdırılır:
"Bu il Şəmkirçay su anbarı zonasında magistral və paylayıcı kanalların tikintisi, Şabran rayonunda mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi tədbirləri, iri təsərrüfatların və aqroparkların yaradılması nəzərdə tutulmuş obyektlər üzrə Araz çayının Yeni qolundan suyun yeni suvarılacaq torpaq sahələrinə verilməsi üçün paylayıcı kanalların tikintisi, Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlər də davam etdiriləcək: Həmçinin Prezidentin 26 fevral 2021-ci il tarixli sərəncamı ilə əhalisi 489 min nəfərə yaxın olan 38 şəhər və rayonun 177 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı sahələrin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 200 subartezian quyusunun layihələndirilməsi və qazılması nəzərdə tutulur”.

“Muğanın səsi”
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter