• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Əkin sahələrindəki yanğınlarla bağlı fermerlərə müraciət

  • 23.06.2021, 22:14, Baxış sayı:
  • 416
Əkin sahələrindəki yanğınlarla bağlı fermerlərə müraciət
Son günlər Azərbaycanın müxtəlif bölgələrində - Xaçmaz, Siyəzən, Quba, Qusar, Şabran, Lənkəran,
İmişli, Sabirabad, Bərdə, Tovuz, Neftçala rayonlarında yanğınlar qeydə alınıb.

Yanğınlar Siyəzən rayonunun Sədan, Məşrif, Balaca Həmyə və Qalaaltı kəndlərinin yaxınlığında, Xaçmaz rayonunun Nabran qəsəbəsi, Quba rayonunun Sofikənd kəndində və digər ərazilərdə baş verib.
Yanğınlar müxtəlif ərazilərlə yanaşı, açıq sahələrə, o cümlədən əkin sahələrinə yayılıb. Nəticədə biçilmiş və biçilməmiş əkin sahələri yanıb, əkinçiliklə məşğul olan fermerlərə ziyan dəyib.
Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondu ölkə fermerlərinə və əkinçiliklə məşğul olan sahibkarlara müraciət edərək əkin sahələrini sığortalamağa çağırır. Fond bildirir ki, ölkəmizdə bir neçə ay əvvəldən tətbiq edilən aqrar sığorta istənilən səbəbdən baş verən yanğın nəticəsində əkin sahələrinə dəyən zərəri qarşılayır.
Fermerlər olduqca sərfəli şərtlərlə, cüzi məbləğ ödəməklə əkin sahələrini yanğınla yanaşı, digər əsas risklərdən də sığorta edə bilərlər.
Belə ki, hazırda yanğınların tez-tez baş verdiyi Şimal bölgəsində taxıl sahələrinin hər hektarını orta hesabla 7 manata sığortalamaq olar. Ölkənin digər ərazilərində də əkin sahələrini sərfəli şərtlərlə sığortalamaq mümkündür.
Hadisə baş verdikdə sığorta ödənişi isə lazımi sənədlər təqdim edildikdən sonra cəmi 7 gün ərzində həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondu fermerləri əkin sahələrini sığortalamağa, böyük zəhmət hesabına becərdikləri məhsullarını və gəlirlərini qorumağa çağırır.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter